Azərbaycan, Bakı, 21 may /Trend/
Səudiyyə Ərəbistanında İrana casusluq edən 10 nəfər saxlanılıb. Trend-in "əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının təhlükəsizlik üzrə xüsusi xidmət orqanlarının rəsmi nümayəndəsi Mənsur ət-Türki bildirib.
Ət-Türkinin sözlərinə görə, saxlanılanlar arasında 8 nəfər Səudiyyə Ərəbistanı, biri Türkiyə, biri isə Livan vətəndaşıdır.
Onların bir neçə ay ərzində Türkiyə ərazisində İrana casusluq etdiyi müəyyənləşdirilib.
Onun sözlərinə görə, bu, son bir neçə ay ərzində İrana casusluq edən zərərsizləşdirilmiş ikinci qrupdur.
Daha əvvəl 24-ü Suriya vətəndaşı olmaqla 27 nəfərdən ibarət casus qrupu zərərsizləşdirilmişdi.