...

Gürcüstanın sabiq baş nazirini həbs etdilər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 May 2013 00:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend/

Kutaisi şəhər məhkəməsi Gürcüstanın sabiq baş naziri Vano Merabişvili haqqında həbs qəti-imkan qərarını verib. Trend-in RİA Novostiyə istinadən yaydığı xəbərdə deyilir ki, Merabişvili "Milli Hərəkat" üzvlərinə saxta iş yerləri yaratmaqda ittiham edilir.

Məlumata görə, sabiq baş nazir daha 2 məsələyə günahlandırılır.

Merabişvilinin vəkili deyib ki, o, özünü günahkar hesab etmir.

Qeyd edək ki, yayılan məlumatlarda həmçinin, sabiq səhiyyə naziri Zurab Çiaberaşvili korrupsiya fəaliyyətində ittiham edilərək, saxlanıldığı bildirilir. Lakin o, 13 min dollar girov müqabilində sərbəst buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti