...

Əhmədinejad: Nüvə proqramına dair müzakirələrə heç bir müdaxiləm olmayıb

Siyasət Materials 8 İyun 2013 17:42 (UTC +04:00)
Nüvə proqramı ilə bağlı müzakirələrə heç bir müdaxiləm olmayıb. Müzakirələrin məsul işçisi digər bir şəxsdir.
Əhmədinejad: Nüvə proqramına dair müzakirələrə heç bir müdaxiləm olmayıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir T.Cəfərov/

Nüvə proqramı ilə bağlı müzakirələrə heç bir müdaxiləm olmayıb. Müzakirələrin məsul işçisi digər bir şəxsdir. Trend IRNA agentliyinə istinadən məlumat verir ki, bunu İran Prezidenti Mahmud Əhmədinejad bu gün Şərqi Azərbaycan əyalətində yeni Tehran-Təbriz dəmiryolu xəttinin açılış mərasimində çıxışı zamanı deyib.

Əhmədinejad bildirib ki, bəziləri əvvəlcə sanksiyaların təsirini qəbul etmirdilər: "İndi isə həmin şəxslər deyirlər ki, sanksiyalar təsir edir və bunun günahı Əhmədinejad hökumətindədir".

Prezident bu fikirləri ötən gün İran televiziyasında yayımlanan debat zamanı Əhmədinejad hökuməti və prezidentliyə namizəd Səid Cəlilinin Ali Təhlükəsizlik Şurasının katibi olduğu dövrdə nüvə proqramı ilə bağlı müzakirələrin tənqid olunmasından sonra bu gün səsləndirib.

Qeyd edək ki, Əhmədinejad nüvə proqramına dair müzakirələrə müdaxilə etmədiyi barədə ilk dəfə rəsmi açıqlama verir. Dövlət başçısı bundan əvvəl sanksiyaları "kağız parçası" adlandırmışdı. Əhmədinejad 2008-ci ildə çıxışlarının birində dünya ictimaiyyətinə səslənərək demişdi ki, nə qədər istəyirsiniz, İrana qarşı qətnamə qəbul edin. Bundan başqa, nüvə proqramına dair məsələlərlə də bağlı dəfərlərlə çıxışlar edərək fikir bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti