...

Elmar Məmmədyarov: Fələstin xalqına yardım etmək təşəbbüsləri bütün islam dünyası üçün əhəmiyyət kəsb edir

Siyasət Materials 11 İyun 2013 10:57 (UTC +04:00)
Fələstin xalqına yardım etmək təşəbbüsləri nəinki yalnız Fələstin xalqı üçün, həm də bütün islam dünyası üçün əhəmiyyət kəsb edir.
Elmar Məmmədyarov: Fələstin xalqına yardım etmək təşəbbüsləri bütün islam dünyası üçün əhəmiyyət kəsb edir

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir S.Ağayeva/

Fələstin xalqına yardım etmək təşəbbüsləri nəinki yalnız Fələstin xalqı üçün, həm də bütün islam dünyası üçün əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bu barədə Qüds şəhərinin inkişafına dəstək üzrə beynəlxalq donor konfransında çıxışı zamanı Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bildirib: " Biz inanırıq ki, yaxın illərdə Fələstin BMT-nin tamhüquqlu üzvü olacaq".

Nazir qeyd edib ki, Azərbaycan Fələstini dəstəkləyir və dəstəkləməkdə davam edəcək.

Məmmədyarov vurğulayıb ki, "Bakıda keçirilən konfrans Qüds şəhərinin inkişafı prosesinə müsbət təsir göstərəcək və Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq konfransın təşkil edilməsi kimi məsuliyyəti öz üzərinə götürüb".

Çərşənbə axşamı Bakıda Fələstin dövlətinə yardım göstərilməsi məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti