...

Elmar Məmmədyarov: Azərbaycan moldovalı ombudsmanla bağlı baş vermiş hadisənin gedişini izləyir

Siyasət Materials 8 İyul 2013 19:43 (UTC +04:00)
Azərbaycan gələcəkdə moldovalı ombudsman Aureliya Qriqoriuya təzyiq göstərilməməsi və repressiyaya məruz qalmaması üçün onunla bağlı baş vermiş hadisənin gedişini izləyir.
Elmar Məmmədyarov: Azərbaycan moldovalı ombudsmanla bağlı baş vermiş hadisənin gedişini izləyir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan gələcəkdə moldovalı ombudsman Aureliya Qriqoriuya təzyiq göstərilməməsi və repressiyaya məruz qalmaması üçün onunla bağlı baş vermiş hadisənin gedişini izləyir. Trend-in məlumatına görə, bu barədə bazxar ertəsi jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Moldovadakı səfiri hadisənin gedişini izləyir.

Xatırladaq ki, Ermənistan parlamentində çıxışından sonra moldovalı ombudsman Aureliya Qriqoriu Ermənistandan buraxılmırdı və ölümlə təhdid edilərək təcrid vəziyyətində saxlanılırdı.

Qriqoriu Ermənistan parlamentində bəyan etmişdi ki, Xocalı soyqırımını ermənilər törədib və bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış faktdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti