...

Rəsmi Tehran Avstraliyada iranlı qaçqınların sıxışdırılmasının əleyhinədir

Siyasət Materials 22 İyul 2013 16:25 (UTC +04:00)
Rəsmi Tehran Avstraliyada iranlı qaçqınların sıxışdırılmasına qarşı çıxır. Trend-in "Sharg" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər nazirinin müavini Həsən Qaşqavi deyib.
Rəsmi Tehran Avstraliyada iranlı qaçqınların sıxışdırılmasının əleyhinədir

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir E.Tariverdiyeva/

Rəsmi Tehran Avstraliyada iranlı qaçqınların sıxışdırılmasına qarşı çıxır. Trend-in "Sharg" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər nazirinin müavini Həsən Qaşqavi deyib.

O, qeyd edib ki, İran vətəndaşlarının mütləq deportasiyasının əleyhinədir. Qaşqavi əlavə edib ki, İran Xarici İşlər Nazirliyi qaçqınların İrana könüllü qayıtması məsələsi üzrə Avstraliya daxil olmaqla digər ölkələrlə əməkdaşlıq edəcək.

Onun sözlərinə görə, ölkəyə gəliş üzrə müvəqqəti icazə vətənə könüllü qayıdacaq qaçqınlara veriləcək.

Məlumata görə, sığınacaq axtaran yüzlərlə şəxs, həmçinin Nauru adasında Avstraliyanın qaçqın düşərgəsində olan fələstinli, iraqlı, livanlı, iranlı və sudanlı vətəndaşlar iyulun 20-də polisin kobud rəftarı ilə üzləşiblər.

Həmin şəxslər qaçqın statusunun müəyyənləşdirilməsi və sığınacağın verilməsi prosesinin ləng getməsinə etiraz ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti