...

XİN: Litvalı diplomatların telefon danışıqlarının internetdə yerləşdirilən lent yazıları təxribatdır

Siyasət Materials 1 Avqust 2013 16:15 (UTC +04:00)
Litvalı diplomatların telefon danışıqlarının internetdə yerləşdirilən lent yazıları informasiya təxribatıdır.
XİN: Litvalı diplomatların telefon danışıqlarının internetdə yerləşdirilən lent yazıları təxribatdır

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir E.Tariverdiyeva/

Litvalı diplomatların telefon danışıqlarının internetdə yerləşdirilən lent yazıları informasiya təxribatıdır. Trend-in Delfi.lt saytına istinadən verdiyi məlumata görə, bu barədə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus bildirib və əlavə edib ki, nazirlik məsələ ilə bağlı araşdırma aparır.

Nazir deyib: "Çərşənbə günü XİN-in baş müfəttişinə bu insidenti araşdırmaq tapşırığı vermişəm və təəssüflə deyə bilərəm ki, son vaxtlar informasiya təxribatlarının sayı çoxalıb, buna görə də belə faktları diqqətlə araşdırmaq lazımdır. Yayılan məlumatın dövlətin mövqeyi ilə heç bir əlaqəsi yoxdur".

Onun sözlərinə görə, hakimiyyətlər belə təxribatlara nəzər yetirməli və onları diqqətlə araşdırmalıdırlar.

Qeyd edək ki, "YouTube" saytına iki Litva diplomatının telefon yazısı yüklənib. Söhbətin XİN-in "Şərq tərəfdaşlığı" üzrə siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatı Renatas Yuşka arasında getdiyi güman edilir. Bu söhbət cari il aprelin 4-də saat 12:50-də baş tutub.

Həmsöhbətlər danışıq zamanı Azərbaycan-Ermənistan münasibətləri haqqında şəxsi fikirlərini müzakirə edərək ermənipərəst mövqedən çıxış ediblər.

Bütün lent yazıları ingilis dilində subtitrlə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti