...

Bakıda dünyanın nüfuzlu qurumlarının ali toplantısı keçiriləcək

Siyasət Materials 12 Avqust 2013 10:04 (UTC +04:00)
Sentyabrın 4-6-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə dünyanın nüfuzlu qurumları sayılan İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks təşkilatı rəhbərlərinin iştirakı ilə “Ali Səviyyədə Görüş” keçiriləcəkdir.
Bakıda dünyanın nüfuzlu qurumlarının ali toplantısı keçiriləcək

Azərbaycan, Bakı, 12 avqust /Trend /

Sentyabrın 4-6-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə dünyanın nüfuzlu qurumları sayılan İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks təşkilatı rəhbərlərinin iştirakı ilə "Ali Səviyyədə Görüş" keçiriləcəkdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzind'n Trend-ə verilən məlunmata görə, görüşün keçirilməsində məqsəd "Birgə Cəmiyyətlər Forumu 2014" hazırlıq, 2015-ci il Minillik İnkişaf Proqramı, Dini azlıqlar, Qadınların cəmiyyətdə aktivliyinin artırılması, Qlobal İnkişafın yeni Paradigması, Mədəniyyətlərarası və Dinlərarası Dialoq kimi mühüm əhəmiyyət kəsb edən problemlər müzakirə olunacaqdır.

Ali Toplantının işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmsədirləri Prezident Vaira Vike-Freiberga (Latviyanın sabiq Prezidenti), Dr. İsmail Seragəldin (İsgəndəriyyə Kitabxanasının Direktoru) və Mərkəzin İdarə Heyyətinin üzvləri Tarja Halonen (Finlandiyanın sabiq Prezidenti), Walter Fust (YUNESKO-İTU Brodband Komissarı) o cümlədən Madrid Klubunun Prezidenti Wim Kok (Hollandiyanın sabiq Baş Naziri) və vitse-prezidentlər Jennifer M. Shipley (Yeni Zellandiyanın sabiq Baş Naziri), Prezident Jorge Quiroga (Boliviyanın sabiq Prezidenti) və hər iki qurumun digər üzvləri o cümlədən tərəfdaş qurumlar CGDC Sədri, Prezident Petar Stoyanov (Bolqarıstanın sabiq Prezidenti), Dünya Elmlər və Mədəniyyət Akademiyasının Prezidenti Dr. İvo Slaus, Gürcüstan Universitetinin həmsədri xanım Giuli Alasaniya və digər tanınmış simalar iştirak edəcəklər.

Ali Toplantı çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun İdarə Heyyətlərinin toplantısı keçirilməsi planlaşdırılır.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılan Ali Toplantı silsiləvi xarakter daşıyacaqdır. "Birgə Cəmiyyətlər Forumu 2014" layihəsi çərcivəsində Brisbon (Avstraliya), Afina (Yunanıstan), İsgəndəriyyə (Misir), Madrid (İspaniya)də toplantılar keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti