...

İlham Əliyev indoneziyalı həmkarını təbrik edib

Siyasət Materials 16 Avqust 2013 18:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
İlham Əliyev indoneziyalı həmkarını təbrik edib

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir: "İndoneziya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycanla İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

Dövlət başçısı İndoneziya Prezidentinə bu əlamətdar gündə möhkəm cansağlığı, işlərində uğurlar, dost İndoneziya xalqına sülh və rifah dilədiyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti