...

Ceymstaun Fondunun prezidenti: Avropa ölkələri Cənubi Qafqaz regionunun əsl potensialından məlumatlı deyillər

Siyasət Materials 2 Sentyabr 2013 15:44 (UTC +04:00)
Avropa ölkələri Cənubi Qafqaz regionunun əsl potensialından məlumatlı deyillər, regionun imkanlarını kiçildirlər. Lakin ABŞ regionun əhəmiyyətini daha yaxşı dərk edir.
Ceymstaun Fondunun prezidenti: Avropa ölkələri Cənubi Qafqaz regionunun əsl potensialından məlumatlı deyillər

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir M.Əliyev/

Avropa ölkələri Cənubi Qafqaz regionunun əsl potensialından məlumatlı deyillər, regionun imkanlarını kiçildirlər. Lakin ABŞ regionun əhəmiyyətini daha yaxşı dərk edir. Trend-in məlumatına görə, bunu Ceymstaun Fondunun prezidenti Qlen Hovard Bakıda keçirilən "Beynəlxalq münasibətlər üzrə Alimlər Assosiasiyasının 2-ci Forumu"nun panel iclasında bildirib.

Q.Horvard deyib ki, Azərbaycan Əfqanıstanda təhlükəsizlik mühitini təmin etmək üçün iştirak edib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Cənubi Qafqazın iqtisadi qüdrətini təşkil edir, bu regionda investisiyaların 75 faizi Azərbaycandan gəlir: "Azərbaycan regionda əsas iqtisadi gücə çevrilir. Eyni zamanda, Azərbaycan Asiya üçün bir qapıdır".

O, həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə danışıb: "Münaqişələrdən sonra Azərbaycana və Gürcüstana böyük zərbə dəyib. Qarabağdakı vəziyyət təhlükəli olaraq qalır, hər gün insan tələfatı baş verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti