...

İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisini qəbul edib

Siyasət Materials 16 Sentyabr 2013 16:12 (UTC +04:00)
Görüşdə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisini qəbul edib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi, ATƏT-in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazəni və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Marianini qəbul etmişdir.

Görüşdə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti