Zahid Qaralov: Azərbaycan xalqı İlham Əliyevə səs verəcək (MÜSAHİBƏ)

Zahid Qaralov: Azərbaycan xalqı İlham Əliyevə səs verəcək (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Trend Yeni Azərbaycan Partiyası (YAP) Səbayel Rayon Təşkilatının sədri, professor Zahid Qaralovun "Kaspi" qəzetinə müsahibəsini təqdim edir

- Zahid müəllim, rəhbərlik etdiyiniz rayon təşkilatı seçkilərə necə hazırlaşır?

- 2013-cü ilin yanvar ayından biz iki mühüm hadisə üzərində işlərimizi qurmuşuq. Bunlardan birincisi ümummilli lider Heydər Əliyevin 90 illiyi, digəri prezident seçkiləridir. Bunlar bir-biri ilə qarşılıqlı əlaqədədir. Ulu öndərin yubileyi ərəfəsində bütün rayon ərazisindəki 24 min partiya üzvünün fəallığını təmin etmək üçün hərtərəfli fəaliyyət planı hazırladıq. Planda nəzərdə tutulan bütün tədbirlər ardıcıl olaraq həyata keçirildi. Seçki dövrünə gələndə isə Qanunvericiliyə və seçki cədvəli üzrə hərəkətlərə uyğun olaraq gündəlik fəaliyyət planı tərtib elədik. Bu günə kimi bütün işlər ardıcıllıqla həmin plan üzrə davam etdirilir. Konkret olaraq, rayon ərazisində olan seçicilərin tərkibi dəqiqləşdirilir. Bu işə 1500-dən artıq partiya fəalı cəlb olunub. Bir-bir evləri gəzib daimi qeydiyyatda olan və olmayan rayon sakinlərinin dəqiq siyahısını tərtib ediblər. Hazırda rayon ərazisində yüz mindən çox əhali yaşayır. Onlardan 47 min 300 nəfəri seçici hüququna malik vətəndaşlardır. Həmin vətəndaşlardan da 1400 nəfərə yaxını rayon ərazisində işləyən, lakin başqa rayon və şəhərlərdə daimi qeydiyyatı olan sakinlərdir. Biz həmin insanlarla da əlaqə saxlayır, seçki günü onların harada səs verəcəyini müəyyənləşdiririk. 2 seçki dairəsinin 40 seçki məntəqəsindəki Yeni Azərbaycan Partiyası üzvlərinin, eləcə də müşahidəçilərin, məşvərətçi səs hüququ olanların da dəqiqləşdirilməsi aparılıb. Bizim 109 ərazi təşkilatımız var. Bu təşkilat sədrləri ilə seminarlar keçirmişik. Onların ərazisindəki seçki məntəqələrinə cavabdehlik də birbaşa onlara həvalə olunub. Fəal gənclərdən ibarət bayraqdarlar da formalaşdırmışıq. Onlarla müntəzəm iş aparılır. Seçiciləri də kateqoriyalara bölmüşük. İlk dəfə səs verəcək gənclərlə, həmçinin partiya üzvü olan və olmayan gənclərlə də iş aparılır, seminarlar keçirilir. Həmçinin yaşlı və orta nəslin nümayəndələri, ahıllar, rayon ərazisində yaşayan 1500 nəfərə yaxın müharibə veteranı, partiyamızın qızıl fondu adlandırdığımız "91-lər"lə də ayrıca iş aparılır. Demək olar ki, onların hamısı seçkiyə cəlb olunub. Beləliklə indidən müəyyənləşdirmişik ki, kimlər bizim namizədimizə səs verəcək. Bunun üçün əvvəlcədən bir neçə qrupun iştirakı ilə monitorinqlər keçirmişik. Əvvəlki illərə nisbətən mütəşəkillik qat-qat artıb. Artıq əhali öz mövqeyini müəyyənləşdirib. Baxmayaraq ki, namizədlərin geniş təbliğatına rəsmən sentyabrın 17-dən başlanılmalıdır, biz bununla bağlı bütün hazırlıq işlərinin indidən görmüşük. Seçkinin keçirilməsi üçün bütün texniki məsələlər öz həllini tapıb. Bütün seçki məntəqələrimiz tam təmir olunub, ən müasir zəruri avadanlıqlarla təchiz edilib, partiyamızın Səbayel rayon təşkilatında seçki qərargahı yaradılıb. Hətta mitinqlərin keçirilməsi üçün yer də ayrılıb. Ümumilikdə 3 minə yaxın insan təbliğat-təşviqat işlərinə cəlb olunacaq.

-Maraqlıdır, hakim partiyanın rayon təşkilatına mitinq keçirmək üçün şəhərin hansı ərazisində yer ayrılıb?

-Əvvəllər mitinqlərin keçirilməsi məqsədilə iki belə yer var. Bunlardan birincisi 20-ci sahə deyilən ərazidəki sürücülük məktəbinin həyətidir. Hansıki, müxalifət də orada aksiyalar keçirib. Digər bir ünvan hava şəraitinə uyğun olaraq ayrılıb. Yəni, hava yağmurlu və bərk küləkli olarsa, mitinqimizi Badamdar qəsəbəsindəki örtülü klubda keçirəcəyik. Amma, seçicilərlə əsas görüş yerimiz partiyamızın rayon təşkilatının qərargahı olacaq.

- 2013-cü il başlayanda bəzi müxalifət təmsilçiləri hakim partiya ilə dialoqun baş tutması barədə müxtəlif fikirlər səsləndirirdilər. YAP, o cümlədən bu siyasi təşkilatın üzvü kimi Siz belə fikir və təklifləri necə dəyərləndirirsiniz?

- Hər il olduğu kimi, bu dəfə də mən çalışmışam ki, bizim rayon ərazisində olan müxalifət partiyalarının nümayəndələri ilə görüşüm. Maraqlıdır ki, onlardan bir-iki nəfəri partiya sədri kimi özü qərargaha gəlib. Onlara demişəm ki, özünüz deyil, nümayəndəniz gəlsin. Cavab verirlər ki, nümayəndə elə mən özüməm. Təsəvvür edin, belələri arasında prezidentliyə iddialı olanı da var. Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, bu siyasi təşkilatın yaradıcılarından biri kimi təklif edirəm ki, tədbir keçirəndə bizi də dəvət edin, görüşək, fikir mübadiləsi aparaq. O, isə deyir ki, belə görüşlər yüksək mərtəbədə, liderlər səviyyəsində baş tutmalıdır. İndi özünüz müqayisə aparın. YAP sədri 600 min azərbaycanlının lideridir, müxalifətçi lider kimi özünü təqdim edən bu şəxsin yalnız partiyası, bir papkası, bir də özü var. Belə olan halda hansı dialoqdan söhbət gedə bilər? Dialoqu o yerdə, o zaman təkidlə tələb edərlər ki, orada güclər bərabər səviyyədədir. Elektoratı bizim partiyanın heç ilk ərazi təşkilatındakı insanların sayı qədər olmayan partiya sədri özünü müxalifət lideri adlandırsa belə, bizim partiyanın lideri ilə üzbəsurət oturmaq səviyyəsində deyillər.

- Prezident seçkilərində namizəd kimi iştirak etmək istəyənlərin sayı 20-dən artıq olsa da, son anda onlardan cəmi 10 nəfəri Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alındı. Həmin şəxslər arasında hazırkı dövlət başçısına ciddi rəqib olacaq namizəd varmı?

- Xeyr! Onlardan heç biri Prezident İlham Əliyevə ciddi rəqib ola bilməz. Milli Şuraya yığışanlar Rusiya vətəndaşını gətirib özlərinə sədr, ardınca vahid namizəd etdilər. İlk vaxtlar Milli Şuranı YAP-a qarşı ciddi siyasi təşkilat kimi qələmə də verir, burada geniş xalq kütlələrinin təmsil olunduğunu bəyan edirdilər. Rusiyaya bağlılığı olan Rüstəm İbrahimbəyovu özlərinə rəhbər seçən müxalifət liderləri bunu birlik kimi camaata sırıyırdılar. Halbuki bu, belə deyildi və zaman bunu bir daha təsdiqlədi. Bu günə kimi müxalifət liderlərinin bəlkə də yüzlərlə belə "birliyi" olub. Son anda həmin "birliyi" elə özləri dağıdıblar. Milli Şurada da bir otağa yığışan müxalifət liderləri birlik təəssüratı yaratsalar da ürəklərində pərakəndəlik, ayrıseçkilik, fərdiçilik yaşadırdılar. Ona görə də bu "birlik" ölü doğulan uşağı xatırlatdı.

- MSK tərəfindən qeydə alınanlardan biri də Milli Şuranın namizədi, tarixçi Cəmil Həsənlidir. Sizcə, o, müxalifəti düşdüyü vəziyyətdən xilas edə biləcəkmi?

- Qətiyyən! Səhv etmirəmsə, Cəmil Həsənli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin müavini idi. Mənim yaxşı yadımdadır, o, 2005-ci ildə deputat seçiləndən sonra partiyаdan istefa verərək, parlamentə getdi. O zaman cəbhənin nəzarətində olan mətbuat orqanı Cəmil Həsənlini bu addımına görə tənqid edir, qınayırdı. Bundan başqa, həmin qəzetdə bir vaxtlar iqtisadi inkişaf naziri olan Fərhad Əliyev də korrupsioner, rüşvətxor, vəzifə səlahiyyətlərini aşan məmur kimi təqdim edilirdi. Elə ki, dövlət orqanları Fərhad Əliyevi əməllərinə görə həbs etdilər, başladı həmin qəzet onu müdafiə etməyə. Hətta Cəmil Həsənli də eks nazirin hüquqlarını müdafiə komitəsi yaradıb ona qahmar çıxdı. Sözügedən mətbuat orqanı bunun üçün Cəmil Həsənlinin tribunasına çevrildi. Bax, bu adamlar bu əqidənin, bu mövqeyin daşıyıcısıdırlar. Onlar üçün vahid ideya, strateji xətt yoxdur. İndi də Cəmil Həsənlini sanki öz "birliklərinin" rəmzinə çeviriblər. Ancaq reallıqda onlar birləşməyiblər, sadəcə bir otağa yığışıblar. Birlik görkəmi yaratmağa çalışırlar. Bayaq qeyd etdiyim kimi, hər kəs ürəyində öz iddiasında, öz hikkəsində yenə də qalmaqdadır. Eks spiker, ACP lideri Rəsul Quliyev bunlara çox maraqlı fikir bildirib, qiymətlərini verib. Mən həmin fikri təkrarlamaq istəmirəm, ancaq deyilənlərlə tam razıyam. AXC-Müsavat partiyalarının sədrləri, eləcə də Milli Şurada təmsil olunan digər adamlar öz mənafelərini heç zaman Rüstəm İbrahimbəyova, Cəmil Həsənliyə güзəştə getməzlər. Vaxtilə ulu öndər Heydər Əliyev onlara xitabən demişdi ki, siz heç zaman hakimiyyətə gələ bilməyəcək, elə müxalifətdə qocalacaqsınız. O zaman deyilən sözlər bu gün təsdiqini tapır. 20 ildir bu adamlar müxalifətdə təmsil olunur, boş-boş danışıb yalan vədlər verməklə məşğuldurlar. Onların hamısı xalq cəbhəsinin şinelindən çıxan insanlardır. Siyasi proseslərdən məlumatlı olanlar bilir ki, xalq cəbhəsi Qorbaçovun törəməsi, "ölü doğduğu övlad"dır. Bu törəmələr də öz rollarını oynayaraq Azərbaycanı çox ağır vəziyyətə saldılar. Hakimiyyətə gəldilər, ancaq cəmi 11 ay ömürləri oldu. Xalq onlara öz yerlərini göstərdi. Sonra parçalana-parçalana bu günə gəlib çıxdılar. İndi də bir-birinin üzünə durur, öz mənafeyi naminə hər vasitəyə əl atırlar.

- Milli Şuranın vahid namizədi seçki öncəsi Londona səfər edərək orada görüşlər keçirib. Sizcə prezidentliyə iddialı şəxsin xalqın, yoxsa xarici qüvvələrin dəstəyinə daha çox ehtiyacı var?

- Milli Şuraya üzv olanlar indi də yapışıblar, Rusiyanın, Avropanın, Amerikanın ətəyindən. Gah bu ölkələrə səfərlər edir, gah da oradan qonaqlar dəvət edib görüşlər keçirirlər. Lakin başa düşmürlər ki, xarici qüvvə heç zaman mənim müqəddaratımı həll edə bilməz. Əgər sən doğrudan da xalqın təəssübünü çəkir, mənafeyini düşünürsənsə gəl mənimlə görüş. Azərbaycanın problemlərini azərbaycanlılar həll edir, əcnəbilər deyil. Azərbaycan prezidentini də Azərbaycan xalqı seçəcək. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan əhalisi İlham Heydər oğlu Əliyevə səs verəcəklər. Onun heç bir ciddi rəqibi yoxdur. Buna əsas səbəb prezidentliyə digər namizədlərin əhali və xalq qarşısında gördüyü işlər, daha doğrusu işsizliklərdir. Özlərini ata-ana müxalifət adlandırıb iddialı danışanlar vaxtilə hakimiyyətdə təmsil olunanda ancaq özlərinə işlədilər. Üstəlik Azərbaycanı vətəndaş müharibəsi ilə üz-üzə qoydular, xalqı təhqir etməkdən belə çəkinmədilər. Bu gün də onların təsiri altında olan mətbuat orqanlarına nəzər salanda görürsən ki, eyni təhqir tonu ilə yenə də xalqı aşağılamaqdadırlar. Bu kimi səbəblərdən Azərbaycan xalqı qaraguruhçuların deyil, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin arxasınca gedir, ona səs verir, yalnız onu özünün prezidenti kimi görür.

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
“Məqsəd o idi ki, Azərbaycan xalqının iradəsi sınsın, amma alınmadı” - 20 Yanvar faciəsinə xarici ekspertlərin baxışı “Hədəf”də
Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib
Ombudsman Aparatının əməkdaşı 20 Yanvar faciəsinə həsr edilmiş videokonfransda iştirak edib
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb
Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər keçirilib (FOTO)
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
İsraildə karantin 31 yanvara qədər davam edəcək
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək
Liviyanın hərbi-dəniz məktəbində partlayış baş verib
Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb - ANAMA (FOTO)
"Lester" "Çelsi"ni məğlub edərək Premyer Liqada birinci yerə yüksəldi
Bütün xəbərlər