...

AKP Türkiyənin hakim partiyasının üzvlərinin İranın xüsusi xidmət orqanlarına işləməsi barədə məlumatı təkzib edir

Siyasət Materials 17 Sentyabr 2013 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iki qadın üzvünün İranın xüsusi xidmət orqanlarına işləməsi barədə məlumat tamamilə yalandır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

Onun sözlərinə görə, AKP-nin heç bir üzvünün İranın xüsusi xidmət orqanları ilə əlaqəsi yoxdur və bu məzmunda olan bütün məlumatlar yalnız uydurmadır.

Qeyd edək ki, daha əvvəl Türkiyənin bir sıra KİV-ində AKP-nin iki qadın üzvünün İranın xüsusi xidmət orqanlarına işləməsi barədə məlumat yayılmışdı. Məlumata görə, onlar ölkənin rəsmi şəxslərini dinləmək üçün müxtəlif dövlət strukturlarında cihazlar quraşdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti