...

Avropa Parlamentinin Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib

Siyasət Materials 26 Sentyabr 2013 10:31 (UTC +04:00)
Avropa Parlamentinin oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi açıqlanıb.
Avropa Parlamentinin Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Avropa Parlamentinin oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi açıqlanıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) Trend-ə verilən məlumata görə, "Avronest" PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib ki, AP seçkiləri müşahidə missiyasının Avropa Xalq Partiyasından (EPP) 2 nəfər, Liberal-Demokratlar (ALDE), Avropa Mühafizəkar və İslahatçılar, Avropa Azadlıq və Demokratiya (EFD), Birləşmiş solçular və Sosialistlər qrupunun hər birindən bir nəfər olmaqla 7 nəfərdən ibarət tərkibi müəyyənləşib.

Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, italiyalı parlamentari Pino Arlaki təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti