...

GUAM Xarici İşlər Naziri Şurasının 21-ci iclası keçirilib

Siyasət Materials 26 Sentyabr 2013 22:34 (UTC +04:00)
Bu gün Nyu Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində GUAM Xarici İşlər Nazirləri (XİN) Şurasının 21-ci iclası keçirilib.
GUAM Xarici İşlər Naziri Şurasının 21-ci iclası keçirilib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Bu gün Nyu Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində GUAM Xarici İşlər Nazirləri (XİN) Şurasının 21-ci iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə GUAM təşkilatının yaydığı xəbərdə deyilir.

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri xanım Mayya Pancikidze (iclasa sədrlik edib), avrointeqrasiya və xarici işlər nazirinin müavini, GUAM-ın Moldovadan milli əlaqələndiricisi Valeri Kiveri, Ukraynanın XİN rəhbəri Leonid Kojara və təşkilatın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.

XİNŞ qarşılıqlı siyasi fəaliyyət, tərəfdaş ölkələrlə və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini nəzərdən keçirib.

İclasda Baş Assambleyanın cari sessiyasında "Cooperation between the United Nations and the Organization for Democracy and Economic Development - GUAM" adlı qətnamə layihəsinin qəbulu müzakirə olunub.

Şura GUAM PA-nın oktyabrın 9-da Azərbaycanda, həmçinin oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər göndərmək niyyətini alqışlayıb.

İclasda nəqliyyat, turizm, iqtisadiyyat və ticarət, mədəniyyət, elm və təhsil, energetika sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.

XİN Şurasının növbəti iclasının keçirilmə yeri və tarixi diplomatik kanallarla razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti