...

Avropa Parlamentinin seçki müşahidə missiyası bu gün Bakıya gələcək

Siyasət Materials 7 Oktyabr 2013 10:36 (UTC +04:00)
Azərbaycanda 9 oktyabr tarixli president seçkilərini izləyəcək və müxtlif beynəlxalq təşkilatları təmsil edəcək 300 nəfərdən artıq beynəlxalq müşahidəçi ilə birgə Avropa Parlamentinin yeddi deputatı öz seçki müşahidə missiyasını başlamaq üçün bu gün Bakıya gələcəkdir.
Avropa Parlamentinin seçki müşahidə missiyası bu gün Bakıya gələcək

Azərbaycan, Bakı, 7 oktyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycanda 9 oktyabr tarixli president seçkilərini izləyəcək və müxtlif beynəlxalq təşkilatları təmsil edəcək 300 nəfərdən artıq beynəlxalq müşahidəçi ilə birgə Avropa Parlamentinin yeddi deputatı öz seçki müşahidə missiyasını başlamaq üçün bu gün Bakıya gələcəkdir. Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən Trend-ə bildirilib.

Məlumatda qeyd olunur ki, missiyasının məqsədi Azərbaycanda 2013-cü il tarixli prezident seçkilərinin ölkənin beynəlxalq öhdəliklərinə və dövlət qanunvericiliyinə uyğun şəkildə aparılıb-aparılmamasını qiymətləndirməkdir. Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) tərəfindən müəyyən edildiyi və əsas mülki və siyasi hüquqlarda əsaslandırıldığı kimi Avropa Parlamentının deputatları öz işində beynəlxalq standart və meyarlara riayət edəcəklər.

7-8 oktyabr tarixlərində Avropa Parlamentının deputatları Azərbaycanın seçki orqanları, beynəlxalq seçki müşahidə təşkilatları, prezidentliyə namizədlər, QHT nümayəndələri və siyasi analitiklər ilə görüşəcəkdir.

9 oktyabrda seçki günündə Avropa Parlamentının deputatları Bakıda və digər şəhərlərdə seçkiləri müşahidə edəcəklər. Onlar seçki məntəqələrinə gedəcək, səsvermə prosesini izləyəcək, seçki qutularının açılmasını və səslərin hesablanmasını müşahidə edəcəklər.

Müzakirələrdən sonra beynəlxalq müşahidə missiyasının əldə etdiyi məlumatlar haqqında mətbuat konfransında birgə ilkin bəyanat veriləcəkdir.

Qeyd edək ki, nümayəndə heyətinin rəhbəri italyalı Pino Arlaçidır.

Nümayəndə heyətinin üzvləri Avropa Parlementində təmsil olunan müxtəlif siiyasi qruplara daxildir: Filip Kaczmarek, Polşa, EPP; Xoakim Zeller, Almaniya, EPP; Yevgeni Kirilov, Bolqarıstan, S&D; Norika Nikolay, Rumıniya Alde; Milan Kabrnoç, Çex Respublikası, ECR; Fiorello Provera, İtaliya, EFD.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti