...

Finlandiyalı deputat: Azərbaycanda prezident seçkiləri öz qaydasında gedir

Siyasət Materials 9 Oktyabr 2013 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Y. Kosolapova/

Azərbaycanda prezident seçkiləri öz qaydasında gedir. Bu barədə çərşənbə günü Trend-ə Finlandiyadan olan müşahidəçi, ölkə parlamentinin üzvü Tom Erik Pakalen deyib:

"Mən seçkilərin gedişindən məmnunam. Hər şey qanun çərçivəsində olub. Pozuntu qeydə alınmayıb".

O, yüksək seçici fəallığını, seçki məntəqələrinin yaxşı təchiz edildiyini qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti