...

Belarus MSK-nın sədri: Azərbaycanda prezident seçkiləri düzgün keçirilir

Siyasət Materials 9 Oktyabr 2013 18:47 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri düzgün keçirilir. Bu barədə çərşənbə günü Trend-ə Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Lidiya Yermoşina deyib.
Belarus MSK-nın sədri: Azərbaycanda prezident seçkiləri düzgün keçirilir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda prezident seçkiləri düzgün keçirilir. Bu barədə çərşənbə günü Trend-ə Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Lidiya Yermoşina deyib.

MSK sədri bildirib: "İlk dəfə deyil ki, Azərbaycanda seçkiləri müşahidə edirəm və bütün bənzər tədbirlər burada yüksək səviyyədə keçirilir. Son illərdə texniki baza yaxşılaşıb. Biz bütün nəticələrin real vaxt rejimində daxil olmasının şahidi oluruq. Yəni informasiya nə qədər tez ötürülürsə, prosesə qarşı suallar bir o qədər az olur. Ümumiyyətlə, seçkilər düzgün keçirilir. Buna görə də fikrimcə, bu, ilk növbədə MSK rəhbərliyi və heyətinin, eləcə də buna vəsait ayıran hökumətin olduqca böyük uğurudur".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti