...

Lukaşenko: Ən yaxın vaxtda Avrasiya İqtisadi İttifaqı ilə Avropa ittifaqı bərabər səviyyəli tərəfdaş olacaqlar

Siyasət Materials 21 Oktyabr 2013 17:36 (UTC +04:00)
Ən yaxın vaxtda Avrasiya İqtisadi İttifaqı llə Avropa İttifaqı bərabər səviyyəli tərəfdaş olacaqlar. Trend-in BELATA-ya istinadən verdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrindən olan KİV rəhbərləri ilə görüşündə bildirib.
Lukaşenko: Ən yaxın vaxtda Avrasiya İqtisadi İttifaqı ilə Avropa ittifaqı bərabər səviyyəli tərəfdaş olacaqlar

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Ən yaxın vaxtda Avrasiya İqtisadi İttifaqı llə Avropa İttifaqı bərabər səviyyəli tərəfdaş olacaqlar. Trend-in BELATA-ya istinadən verdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrindən olan KİV rəhbərləri ilə görüşündə bildirib.

A.Lukaşenko deyib: "Bir sıra digər ölkələrin layihədə iştirak etmək səylərini nəzərə alsaq, geosiyasətin şahmat lövhəsində ən yaxın vaxtda Avrasiya İqtisadi ittifaqı ilə Avropa İttifaqı təxminən bərabər səviyyəli tərəfdaş olacaqlar. Onların maraqlarını balanslaşdırmaq lazım olacaq. Bu onun canlı nümunəsidir ki, inteqrasiya ideyası tamamilə realdır".

Onun sözlərinə görə, vahid Avropa ilə danışıqların inteqrasiya edilən birlik tərəfindən aparılması daha effektiv olacaq:

"MDB iştirakçı ölkələrinin ayrı-ayrılıqda vahid Avropa ilə onlar üçün təhqiredici şərtlərlə separatçı danışıqlar aparmasından çox, vahid Avropa ilə danışıqları birgə aparmaq daha effektli olar".

Belarus Prezidenti A.Lukaşenko oktyabrın 21-də MDB ölkələrindən olan KİV rəhbərləri ilə görüşüb. Görüşdə Trend İnformasiya Agentliyinin Baş redaktoru Paşa Kəsəmənski də iştirak edib.

Görüş oktyabrın 25-də Minskdə MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində keçirilib. Bu tədbir Belarusun Birliyə sədrliyi çərçivəsində əsas tədbir olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti