...

YAP Gənclər Birliyi qanvermə aksiyası keçirib

Siyasət Materials 8 Noyabr 2013 17:25 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasınin (YAP) Gənclər Birliyi qanvermə aksiyası keçirib.
YAP Gənclər Birliyi qanvermə aksiyası keçirib

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyasınin (YAP) Gənclər Birliyi qanvermə aksiyası keçirib.

Trend-in məlumatına görə, tədbir B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankında keçirilib. Burada yüzlərlə gənc qan verib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara qan yardımı etməkdən ibarətdir:

"Bununla bağlı sosial şəbəkələrdə gənclərə çağırışlar edilib və nəticədə qanvermə aksiyasına hakim partiyanın üzvləri ilə yanaşı, heç bir siyasi partiyada təmsil olunmayan gənclər də qoşulub".

Qanvermə aksiyasında YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti