...

Aİ və Ukrayna assosiasiyalar haqqında sazişin imzalanması öhdəliklərini təsdiqləyiblər

Siyasət Materials 29 Noyabr 2013 15:56 (UTC +04:00)
Avropa İttifaqı və (Aİ) Ukrayna 2013-cü ildə Aİ-Ukrayna sammitində artıq müəyyən edilmiş prinsiplər əsasında assosiasiyalar haqqında sazişin imzalanması ilə bağlı öz niyyətlərini təkrarlayıblar.
Aİ və Ukrayna assosiasiyalar haqqında sazişin imzalanması öhdəliklərini təsdiqləyiblər

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Avropa İttifaqı və (Aİ) Ukrayna 2013-cü ildə Aİ-Ukrayna sammitində artıq müəyyən edilmiş prinsiplər əsasında assosiasiyalar haqqında sazişin imzalanması ilə bağlı öz niyyətlərini təkrarlayıblar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Vilnüsdə III "Şərq tərəfdaşlığı" sammitinin yekunları üzrə qəbul edilmiş birgə bəyannamədə deyilir.

Bəyannamədə qeyd olunur ki, sammit iştirakçıları Avropa İttifaqı və Ukrayna arasında assosiasiya və dərin və hərtərəfli azad ticarət zonası haqqında sazişin imzalanmasına hazırlıq prosesini müvəqqəti dayandırmağa dair Ukrayna hökumətinin qərarını diqqətə alırlar: "Onlar, həmçinin Ukraynanın Avropa İttifaqı ilə siyasi assosiasiyasına və iqtisadi inteqrasiyasına ictimaiyyətin görünməmiş dəstəyinə diqqət yetirirlər. Aİ və Ukrayna bu sazişin 2013-cü ildə Aİ-Ukrayna sammiti çərçivəsində üç əsas istiqamət üzrə nəzərəçarpan irəliləyiş və müəyyən edilmiş prinsiplər əsasında imzalanması ilə bağlı öz niyyətlərini təkrarlayıblar. Bu məqsədlə mühüm irəliləyişə artıq nail olunub".

Sənəddə deyilir ki, dərin və hərtərəfli azad ticarət zonası da daxil olmaqla assosiasiyalar haqqında saziş siyasi və sosial-iqtisadi islahatların dəstəklənməsi və Aİ, onun qayda və standartlarına hərtərəfli yaxınlaşmanın sadələşdirilməsindən ötrü işlənib hazırlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti