...

Əli Əhmədov: YAP 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində ən azı ötən seçkilərdəki nəticələri təkrarlamalıdır

Siyasət Materials 30 Noyabr 2013 12:50 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində ən azı ötən bələdiyyə seçkilərindəki nəticələri təkrarlamalı, daha uğurlu nəticə ortaya qoymağa çalışmalıdır.
Əli Əhmədov: YAP 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində ən azı ötən seçkilərdəki nəticələri təkrarlamalıdır

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində ən azı ötən bələdiyyə seçkilərindəki nəticələri təkrarlamalı, daha uğurlu nəticə ortaya qoymağa çalışmalıdır. Trend-in məlumatına görə, bunu şənbə günü YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində çıxışı zamanı partiya sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, prezident seçkilərindən sonra ilk dəfə YAP şəhər və rayon təşkilatlarının sədrləri ilə görüş keçirir.

YAP rəsmisi partiyanın ötən dövr ərzində Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsində fəal iştirak etdiyini, növbəti 5 ildə də belə olacağını qeyd edib.

Ə.Əhmədov çıxışında ötən 10 il ərzində Azərbaycanın köklü surətdə dəyişdiyini, iqtisadiyyatının sürətlə inkişaf etdiyini, Azərbaycanın dünyada hörmətinin artdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti