Əli Həsənov: Prezident İlham Əliyev Heydər Əliyev siyasətini yenilik gətirərək davam etdirir (FOTO) (ƏLAVƏ OLUNUB)

Əli Həsənov: Prezident İlham Əliyev Heydər Əliyev siyasətini yenilik gətirərək davam etdirir (FOTO) (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:52-də yayılıb)

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan mədəniyyətini, adət-ənənələrini, azərbaycançılığı xarakterizə edən dəyərlər, onların sistemləşdirilib idarəçiliyin əsasında dayanması, sonrakı innovatorluq sözün həqiqi mənasında ümummilli lider Heydər Əliyevin idarəçilik təlimini xarakterizə edən əsas əlamətlərdən biri idi. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən hazırlanmış "Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərin icmalı (2008-2013-cü illər)" dördcildliyinin yeni nəşr olunmuş III və IV cildlərinin təqdimatında çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, bu gün hamı üçün bəllidir ki, ulu öndər Azərbaycana təkcə bugünkü müstəqil dövlətimizi deyil, eyni zamanda, onun idarəçilik təlimini də ərmağan edib: "Biz bu gün o idarəçilik təlimindən bəhrələnərək Azərbaycanın inkişafının ayrı-ayrı istiqamətlərini tədqiq edirik və Azərbaycan dövlət idarəçilik təlimindən istifadə edərək dövlətimizi idarə edirik. Bununla da biz Azərbaycan xalqının firavan, dinc, təhlükəsiz və dinamik həyatını təmin edirik. Odur ki, sözün həqiqi mənasında, bu təlimin salnaməsinin yaradılması, onun təhlil olunması, ayrı-ayrı xarakterik xüsusiyyətlərinin ümumiləşdirilməsi və geniş oxucu kütləsinə çatdırılması, o cümlədən Azərbaycanı tədqiq edən, ölkəmizlə maraqlanan xarici auditoriyalara çatdırılması bu gün üçün çox aktuallıq kəsb edir".

PA rəsmisi deyib ki, Heydər Əliyevin dövlət idarəçilik təlimində bir neçə prinsip var idi: "Birincisi, ulu öndərin varislik təliminin bugünkü dövlət idarəçiliyində Prezident İlham Əliyev tərəfindən nəzərə alınır. Heydər Əliyevin dövlət idarəçilik təlimi ilk növbədə, Azərbaycan xalqının milli iradəsinə söykənir. Ümummilli liderimiz deyirdi ki, "Milli iradə və milli birlik olmayan yerdə nə dövlət, nə müstəqillik elan oluna bilər, nə təmin edilə, nə də davamlı ola bilər". Ulu öndərin Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ərəfəsində Azərbaycan ziyalılarına ünvanladığı məktubda birinci prinsip olaraq bu məsələ qoyulmuşdu ki, Azərbaycan o vaxt müstəqil dövlət şəklində formalaşa, qurula, möhkəmlənə və öz müstəqilliyini qoruya bilər ki, bu dövlət əhalinin iradəsinə söykənsin, əhalinin iradəsi isə milli birliyə söykənsin və milli birlik bizim dövlətimizin əsas prinsiplərindən biri olsun".

Ə.Həsənovun sözlərinə görə, ümummilli liderin irəli sürdüyü ikinci prinsip sosial ədalət prinsipi idi: "O dövlət dayanıqlı ola bilər ki, həmin dövlətin həyatında sosial ədalət prinsipi mövcuddur, yaşayır və qorunur. Əgər bir dövlətdə ədalət yoxdursa və haqlının gücü bəzən güclünün haqqına qurban verilirsə, bu dövlətdə ədalət ola bilməz. Yəni, haqlının güclü olduğu bir dövlət, haqlının həmişə dövlət tərəfindən qorunması Heydər Əliyevin idarəçiliyinin əsas prinsiplərindən biri idi. Ümummilli liderin hüquqi dövlət və qanunçuluq kimi bir ifadəsi var idi. Bir dövlətin xalqı və vətəndaşı özünün haqlarını anlayarsa və o haqların ona, onun ailəsinə, xalqına gətirdiyi dəyərləri hiss edərsə, bu dövlətin xalqını heç kim məğlub edə və iradəsindən çəkindirə bilməz".

PA rəsmisi xatırladıb ki, Heydər Əliyev o zaman Azərbaycan ziyalılarına həmin müraciətində qeyd edirdi ki, bu gün Azərbaycan cəmiyyətində cinayətkarların cəzasız qalması, günahsızların isə cinayətə məruz qalması ciddi bir narazılıq yaradır və bu, sosial çaxnaşmaya, sosial fəlakətə aparır: "Yadınızdadırsa, 1991-1993-cü illərdə Azərbaycanda sözün həqiqi mənasında, bir xaos, anarxiya hökm sürürdü, cinayətkar cəzasız qalırdı və günahsızlar cəzaya məruz qalırdılar. Belə olan halda qanunçuluq da pozulmuşdu, hüquqi dövlət normaları da pozulmuşdu. Bir sözlə, kim güclü idisə o da haqlı idi. Kimin çiynində silah var idisə, o istənilən şeyi həyata keçirirdi. Belə bir dövlətdə Heydər Əliyevin dövlətçilik təliminin əsas şərtlərindən biri hüquqi dövlət, demokratiya prinsipləri idi".

PA rəsmisi çıxışında qeyd edib ki, Prezident İlham Əliyev Heydər Əliyev siyasətini yenilik gətirərək davam etdirir.

Ə.Həsənovun sözlərinə görə, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasının əsas prinsipləri sırasına demokratiya, siyasi plüralizm məsələsini irəli sürdü: "1995-ci il Azərbaycan Konstitusiyasının üçdə bir müddəası insan haqlarına, insanların fikir və düşüncəsinin sərbəstliyinə, ən optimal qərarların qəbul edilməsi üçün insanların fikir plüralizminin istifadəsinə və çoxluğun iradəsinin hökm sürməsinə həsr olunub. Və nəhayət, ümumilli lider Heydər Əliyevin dövlət təliminin əsas tərkib hissələrindən biri effektli dövlət idarəçiliyi sisteminin yaradılması idi".

DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxışında əsərin əhəmiyyətini vurğulayaraq bu materiallardan tədrisdə də geniş istifadə olunduğunu qeyd edib. Rektor bu istiqamətdə tədqiqatların hazırda da davam etdirildiyini deyib. U.Ələkbərov bildirib ki, geniş oxucu auditoriyasının, politoloqların, tarixçilərin, o cümlədən xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislərin marağına səbəb olacaq bu cildlər gələcək tədqiqatlar baxımından da dəyərli mənbədir.

PA-nın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxış edərək kitabla bağlı dəyərli fikirlərini bölüşüb.

F.Abdullazadə deyib ki, İlham Əliyev hər bir çıxışında və əməlində ümummilli lider Heydər Əliyevin varisi olduğunu nümayiş etdirir: "Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır və uğurla inkişaf edir. Dahi şəxsiyyətin ən müdrik addımlarından biri "Əsrin müqaviləsi" layihəsinin imzalanması idi. Bu, Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi və bunun iqtisadi baxımdan da nə qədər uğurlu olduğunu biz ötən gün Bakıda "Şahdəniz-2" layihəsi çərçivəsində imzalanan müqavilə əsasında şahidi olduq. Dünənki saziş onu göstərdi ki, Azərbaycan nəinki özünü enerji resursları ilə təmin etdi, eyni zamanda, bu enerji resurslarından başqalarına da verməyə qadir olduğunu göstərdi".

Daha sonra Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, hər kəsin imkanı var ki, bu kitabla yaxından tanış olub öz təhlillərini aparsın və Azərbaycan dövlətinin son 5 ildə keçdiyi dövrə nəzər salsın: "Əlbəttə ki, təhlilçilər, analitiklər, tədqiqatçılar öz mövqelərini ortaya qoyurlar. Mənim üçün xüsusi əhəmiyyət kəsb edən cəhət hər bir insanın, fərdin özünün, xalqının və dövlətinin keçdiyi yola fərqli münasibət bəsləməsidir. Çünki sonda bu münasibətlər toplanaraq bütövlükdə xalqın, bu ərazidə yaşayan insanların mövqeyi kimi bir araya gəlir. Əgər bu mövqelər bir çox hallarda üst-üstə düşürsə, deməli, yenidən siyasət doğulur və əldə olunan nəticələr hər kəsin həyatına müsbət təsir edir".

Milli Məclisin üzvü Ziyad Səmədzadə bildirib ki, cənab Prezident İlham Əliyev 2013-cü ildə tam məsuliyyətlə Azərbaycanın müstəqil siyasət yeritdiyini bir daha vurğulayıb: "Dövlət başçısı qeyd etdi ki, əgər Azərbaycanın iqtisadi müstəqilliyi olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik. 1994-cü ildə Azərbaycanda ümummilli lider Heydər Əliyev neft kontraktları imzalanan zaman bildirmişdi ki, Azərbaycan yaxın gələcəkdə dünyanın ən parlaq inkişaf edən ölkələrindən birinə çevriləcək".

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə olunmuş kitabın elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, rəyçisi tarix elmləri doktoru, professor Əli Həsənov, tərtibçiləri akademik Urxan Ələkbərov, siyasi elmlər doktoru, professor Elman Nəsirov, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovdur.

Xaçmazda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)
"Şəhid ailələri" İctimai Birliyi rektor Yusif Yusibovu fəxri fərmana layiq görüb (FOTO)
"Şəhid ailələri" İctimai Birliyi rektor Yusif Yusibovu fəxri fərmana layiq görüb (FOTO)
Hava nə vaxt sabitləşəcək?
Hava nə vaxt sabitləşəcək?
Loading Bars
Xəbər lenti
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)
ABŞ və NATO irimiqyaslı təlimlər keçirəcək
Türkiyə Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Rusiya XİN GUAM çərçivəsində nəqliyyat dəhlizlərinin genişləndirilməsi barədə
"Şəhid ailələri" İctimai Birliyi rektor Yusif Yusibovu fəxri fərmana layiq görüb (FOTO)
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq - Çavuşoğlu
Bakıda metal qəbulu məntəqəsinin sahibinə cinayət işi açılıb (FOTO/VİDEO)
Hava nə vaxt sabitləşəcək?
Bakı-Şamaxı-Yevlax yolu buzdan təmizlənib, hərəkət bərpa olunub (VİDEO)
Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib
Dünyada inflyasiya sürətlənir: Azərbaycan hansı addımları atır?
Lənkəranda uşaqlara siqaret satanlar cərimələnib
Daha 5 nəfər saxlanılıb, 10 kiloqramdan artıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb (FOTO)
Azad olunmuş ərazilərdə internetlə bağlı fəaliyyət planı hazırlanıb - Nazir müavini
Seçki dairələri və məntəqə seçki komisiyalarının formalaşdırılması başa çatıb - Məzahir Pənahov
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (FOTO/VİDEO)
Sabah da qar yağacaq, güclü külək əsəcək
Azərbaycan xalqı, dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO/VİDEO)
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Qazaxıstan səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır - Səttar Möhbalıyev
Yaxın zamanlarda “TURKOVAC”ın Azərbaycanda sınaqları aparılacaq
Mingəçevir Dövlət Universitetində 20 Yanvar mövzusunda tədbir keçirilib (FOTO)
Səhiyyə naziri karantin rejimindən danışdı
Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı işlər davam edir - Muxtar Babayev
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı işlər gedir - Baş prokuror
Azərbaycanda koronavirusa yoluxanların 40 faizi "omikron" ola bilər - Nazir
Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, xeyriyyəçi kimi qalıb - Rauf Əliyev
UNEC kollektivi Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsini yad edib (FOTO)
20 Yanvar müstəqillik uğrunda göstərilən iradəni təmsil edir - Türkiyəli tədqiqatçı
Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz - Kamran Əliyev
Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda əzmini daha da artırdı - Prezidentin köməkçisi
Səlçuk Bayraktar Azərbaycanda keçiriləcək "Teknofest"lə bağlı paylaşım edib
Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev
Gürcüstan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb (FOTO)
Qazaxıstan səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paylaşım edib
Salyan sakinindən 1 kiloqram narkotik götürülüb
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
20 Yanvar qəhrəman Azərbaycan xalqının müstəqilliyi üçün ayağa qalxdığı gündür - Yalçın Topçu
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib (FOTO)
Toyda karantini pozan iki nəfər cərimələnib
Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu avtomagistrallarda sürət həddi endirilib
20 Yanvar Azərbaycan xalqı üçün müstəqillik mübarizəsinin rəmzidir
Britaniya səfiri Şəhidlər Xiyabanını ziyarət edib
Şamaxıya istirahətə gələn şəxsdən külli miqdarda heroin və “patı” götürülüb (FOTO/VİDEO)
ABŞ "omikron" ştammına görə qapanmalara qayıtmaq niyyətində deyil - Co Bayden
Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu keçib
Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər
Braziliya ardıcıl ikinci gün yeni yoluxma hallarının sayına görə antirekordu yeniləyib
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
Livanın cənubundan İsrail istiqamətində raket atılıb
Mingəçevir Dövlət Universitetində “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda konfrans keçirilib (FOTO)
Gömrük Akademiyasında Polşanın ölkəmizdəki səfiri ilə görüş keçirilib (FOTO)
Ceyhun Bayramov AEBA-nın rəhbəri ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçirilib (FOTO)
Aİ nümayəndəliyinin rəhbəri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib (FOTO)
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür
"Trendyol" malları birbaşa alıcıların evinə çatdıracaq
Ərdoğanın Ukraynaya səfərinin tarixi məlum olub
Türk Dövlətləri Təşkilatı 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı
Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır - Nazir
“Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (FOTO)
Böyük Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür - Səfir
Azərbaycanda əsasən hansı ölkələrin vətəndaşları təhsil alır?
1400-dən çox şəxs bu əməlinə görə cərimə edilib
Ölkədə minik avtomobillərinin istehsalı artıb
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurdu - TƏHLİL
Tramp Mayamidə iki mindən çox lüks ev tikdirməyi planlaşdırır
Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Göyçay DYP-yə yeni rəis təyin olundu
“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq (FOTO)
Şamaxı sakinindən silah və patronları götürülüb
DGK sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Taksi sürücüsünün narkotikin təsiri altında olduğu müəyyən edilib
Bakıda metro qatarında problem yaranıb
Britaniyada dördgünlük iş həftəsi ilə eksperiment işə salınacaq
Ötən il idmançılarımız 500-dən çox medal qazanıb
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların videoformatda qəbulu keçirilib (FOTO)
ADU-da 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
Pandemiyanın növbəti dalğası ərəfəsindəyik - MM Səhiyyə Komitəsinin sədr müavini (VİDEO)
Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi olub
Fransanın məsuliyyətsiz bəyanatlarına Bakıdan sərt reaksiya - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bakıda məşhur restoranlar cərimələndi
Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib - RƏSMİ
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ceyhun Bayramov ATƏT-in forumunda Ermənistan nümayəndəsinin əsassız iddialarını rədd edib (FOTO)
Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyəti yoxlanılıb (FOTO)
SOCAR-ın 2021-ci il üzrə əsas istehsalat göstəriciləri açıqlanıb (FOTO)
Bütün xəbərlər