...

Daxili Qoşunların komandanı hərbi hissədə xüsusi taktiki təlimi izləyib (FOTO)

Siyasət Materials 1 Fevral 2014 13:02 (UTC +04:00)
Fevralın 1-də daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov qoşunların Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində olub.
Daxili Qoşunların komandanı hərbi hissədə xüsusi taktiki təlimi izləyib (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İzzət/

Fevralın 1-də daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov qoşunların Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində olub.

Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ş.Məmmədov 2014-cü ildə qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədilə regionlarda həyata keçirilən sayca 4-cü səfərində hərbi hissənin bütün xidmət sahələri, eləcə də şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təhcizatı ilə yaxından tanış olub.

Hərbi hissə komandiri bütün xidmət sahələri və döyüş hazırlığının vəziyyəti, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji durumu barədə geniş məruzə edib. Qeyd olunub ki, yüksək döyüş qabiliyyətinə malik hərbi hissənin şəxsi heyətinin fiziki hazırlığı, sağlamlıq durumu, həmçinin mənəvi-psixoloji vəziyyəti tələb olunan səviyyədədir.

Sonra kəskin qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, hərbi hissədə real şəraitə uyğun xüsusi taktiki təlim nümayiş etdirilib.

Təlimi izləyən Daxili Qoşunların komandanı şəxsi heyətin hazırlığını yüksək qiymətləndirərək, zabit və gizirlərin peşəkarlığını xüsusilə vurğulayıb, peşə vərdişlərinin artırılması istiqamətində səylərin daha da artırılmasının vacibliyini önə çəkib.

O, həmçinin hərbi hissənin coğrafi-strateji mövqeyini vurğulayaraq, hərbi hissənin daima yüksək döyüş hazırlığına gətirilməsinin vacibliyini qeyd edib, diqqətdə saxlanılması barədə tapşırıqlar verib.

Digər hərbi hissələrdə olduğu kimi, bu dəfə də general-mayor Ş.Məmmədov hərbi hissənin zabitləri, gizirləri və əsgər valideynləri ilə fərdi qaydada görüşüb, onların müraciətlərini dinləyib. Qaldırılan məsələlərin nəzarətdə saxlanılması, həlli mümkün olanların isə dərhal yerinə yetirilməsi istiqamətində müvafiq göstərişlər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti