Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycan Silahlı Qüvvələrimizin nümayəndələri mart ayında bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 10-dan aprelin 25-dək Şrivenhem şəhərində (Böyük Britaniya) Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə 9-cu kurs, martın 10-dan martın 14-dək Ankara və İstanbul şəhərlərində (Türkiyə Respublikası) Terrorizmə qarşı mübarizə kursu və NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma üzrə 4-cü işçi görüşü keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.