...

Nazir: Əfqanıstanda istehsal edilən narkotik maddələrin 95 faizi ölkədən kənarda istifadə olunur

Siyasət Materials 19 Mart 2014 15:31 (UTC +04:00)
Əfqanıstanla Azərbaycan arasında narkotiklərlə mübarizə sahəsində bir neçə əməkdaşlıq sazişi var və bu sahədə əməkdaşlıq daha da möhkəmləndiriləcək.
Nazir: Əfqanıstanda istehsal edilən narkotik maddələrin 95 faizi ölkədən kənarda istifadə olunur

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir T.Cəfərov/

Əfqanıstanla Azərbaycan arasında narkotiklərlə mübarizə sahəsində bir neçə əməkdaşlıq sazişi var və bu sahədə əməkdaşlıq daha da möhkəmləndiriləcək. Bunu Trend-ə müsahibəsində Bakıda səfərdə olan Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani deyib.

Nazir bildirib ki, Əfqanıstan hazırda narkotiklərlə mübarizə sahəsində çox yaxşı işlər görüb: "Bu problem təkcə Əfqanıstanın deyil, regional və beynəlxalq problemdir".

Onun sözlərinə görə, Əfqanıstanda istehsal edilən narkotik maddələrin 5 faizi Əfqanıstanda, 95 faizi isə ölkədən kənarda istifadə olunur: "Narkotik maddələrin satışından əldə olunan gəlirin 3 faizi Əfqanıstanın, 97 faizi isə digər ölkələrin payına düşür. Narkotik maddələrdən gəlirlər Əfqanıstanda deyil, digər yerlərə xərclənir".

Z.Ə.Osmani qeyd edib ki, Əfqanıstandakı narkotik maddələrə görə ölkə böyük problemlərlə üzləşir: "Digər ölkələrdə bu problemlər Əfqanıstandakı qədər deyil. Narkotik maddələr problemi təkcə Əfqanıstanın deyil, regional və beynəlxalq bir problemdir".

Onun sözlərinə görə, hazırda Əfqanıstanın təhlükəsizlik baxımından vəziyyəti çox yaxşıdır. Əfqanıstanın təhlükəsizliyini 350 mindən çox polis qoruyur və bunların hamısı əfqan qüvvələridir və ölkənin təhlükəsizliyini əfqan gücləri təmin edir: "Keçmiş illərlə müqayisədə hazırda təhlükəsizliyin təmini baxımından Əfqanıstanda çox inkişaf var. Deyə bilərəm ki, Əfqanıstan bəzi sahələrdə bir sıra qonşu ölkələrdən də təhlükəsizdir. "Əl-Qaidə" və radikal qüvvələrin Əfqanıstan daxilində heç bir bazası yoxdur. Onlar Pakistanın Vəziristan bölgəsində yerləşirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti