...

Rusiya Krımın bu ölkəyə birləşdirilməsinə dair müqaviləni ratifikasiya edib

Siyasət Materials 21 Mart 2014 13:27 (UTC +04:00)
Rusiya Federasiya Şurası Krımın bu ölkənin tərkibinə daxil edilməsi haqqında müqaviləni ratifikasiya edib.
Rusiya Krımın bu ölkəyə birləşdirilməsinə dair müqaviləni ratifikasiya edib

Azərbaycan, Bakı, 21 mart /Trend/

Rusiya Federasiya Şurası Krımın bu ölkənin tərkibinə daxil edilməsi haqqında müqaviləni ratifikasiya edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Rusiya Federasiya Şurasının 155 senatoru müqavilənin lehinə səs verib. Bitərəf və əleyhinə səs verən olmayıb.

Qeyd edək ki, martın 16-da Krımda muxtar respublikanın statusu haqqında referendum keçirilib. Martın 18-də isə Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə daxil olması haqqında saziş imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti