...

Avropa Komissiyası və Avropa Şurası arasında Aİ-nin qonşu ölkələri ilə əməkdaşlığa dair saziş imzalanıb

Siyasət Materials 1 Aprel 2014 15:46 (UTC +04:00)
Bu gün Brüsseldə Avropa Komissiyası və Avropa Şurası arasında Avropa İttifaqının (Aİ) genişlənmə regionu və qonşu ölkələri ilə 2014-2020-ci illəri əhatə edən yeni əməkdaşlıq çərçivəsinə dair saziş imzalanıb.
Avropa Komissiyası və Avropa Şurası arasında Aİ-nin qonşu ölkələri ilə əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir S.Əhmədova/

Bu gün Brüsseldə Avropa Komissiyası və Avropa Şurası arasında Avropa İttifaqının (Aİ) genişlənmə regionu və qonşu ölkələri ilə 2014-2020-ci illəri əhatə edən yeni əməkdaşlıq çərçivəsinə dair saziş imzalanıb. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının rəsmi saytında bildirilir.

Sözügedən saziş hər iki təşkilata Avropa İttifaqının genişlənmə regionu və qonşu ölkələrində insan haqları, demokratiya və qanunun aliliyini təşviq etmək üçün birgə işləməyə şərait yaradır.

Sazişi Aİ-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Şurasının baş katibi Torbyorn Yaqland imzalayıblar.

Bu saziş Avropa İttifaqının birgə proqramları vasitəsilə "Şərq tərəfdaşlığı" ölkələri, həmçinin Türkiyə və Balkan dövlətləri ilə əməkdaşlıq üçün yeni metodları müəyyənləşdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti