Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə Böyük Millət Məclisində müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna hücüm ediblər.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, partiya lideri yumruq zərbəsi alıb.
Məlumatda o da qeyd olunur ki, partiya liderinin aldığı yumruq zərbəsindən eynəyi qırılıb.
Hücüm edənin kimliyi haqqında məlumat verilmir.