...

Donetskdə 11 may referendumu təxirə salınmayacaq

Siyasət Materials 8 May 2014 15:45 (UTC +04:00)
Qondarma "Donetsk xalq respublikası"nın nümayəndələri regionun suverenliyi haqqında 11 may referendumunu təxirə salmaqdan imtina ediblər.
Donetskdə 11 may referendumu təxirə salınmayacaq

Azərbaycan, Bakı, 8 may /Trend/

Qondarma "Donetsk xalq respublikası"nın nümayəndələri regionun suverenliyi haqqında 11 may referendumunu təxirə salmaqdan imtina ediblər.

Trend-in "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, yığıncaq iştirakçıları bildiriblər ki, Rusiya Prezidenti Vladimir Putinə hörmət etsələr də, referendum təxirə salınmayacaq.

Qeyd edək ki, V.Putin Ukraynanın cənub-şərqindəki Rusiya yönümlü fəalları mayın 11-nə təyin olunmuş referendumu keçirməməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti