...

Əli Həsənov: Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlər xüsusi yer tutur

Siyasət Materials 12 May 2014 14:46
Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlər xüsusi yer tutur. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Həştərxanda səfərdə olan Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Əli Həsənov: Azərbaycanın xarici siyasətində Rusiya ilə  münasibətlər xüsusi yer tutur

Trend-i buradan izləyin

Rusiya, Həştərxan, 12 may /Trend, müxbir E.Hüseynov/

Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlər xüsusi yer tutur. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Həştərxanda səfərdə olan Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ə.Həsənov deyib: "Biz təkcə RF, Moskva ilə deyil, subyektlərlə də birbaşa əlaqələri dəstəkləyirik. Onların arasında Həştərxan xüsusi yer tutur. Bizi Həştərxanla bir çox - tarixi, iqtisadi, sosial, mənəvi və mədəni əlaqələr bağlayır. Biz, həmçinin Xəzər dənizini də bölüşürük. Odur ki, Həştərxanla əlaqələrimiz müəyyən mənada RF-nin başqa subyektləri üçün nümunə ola bilər".

PA rəsmisinin sözlərinə görə, Həştərxanda keçirilən bugünkü tədbirlər bunun tam sübutudur.

Ə.Həsənov onu da bildirib ki, hazırda Bakı-Həştərxan birbaşa aviareysinin və ya Bakı-Həştərxan-Volqoqrad aviareyslərinin açılması məsələsi üzərində iş gedir.

Xatırladaq ki, Əli Həsənov Həştərxana səfəri zamanı vilayətin qubernatoru Aleksandr Jilkin ilə görüşüb. Görüşdən sonra Azərbaycanın nümayəndə heyəti və Həştəxanın vilayət rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyublar, Heydər Əliyev Fondu tərəfindən inşa edilən "Meçta" uşaq əyləncə şəhərciyinə, eləcə də Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinə baxış keçirilib. Burada Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş müsabiqə və turnirlərin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Bundan başqa, mayın 12-də Həştərxanda bu münasibətilə konsert və atəşfəşanlıq keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti