...

İlham Əliyev Kamerun Prezidentini təbrik edib

Siyasət Materials 19 May 2014 18:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Kamerun Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Kamerun Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Kamerun münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti