...

Gürcüstan Prezidenti və Azərbaycanın müdafiə naziri enerji nəqli dəhlizlərinin təhlükəsizliyi məsələsini müzakirə ediblər

Siyasət Materials 29 May 2014 18:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili və Azərbaycanın müdafiə naziri Zakir Həsənov hərbi-texniki və sənaye sahələrində ikitərəfli əlaqələrin dərinləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Bunu Trend-ə Gürcüstan Prezidenti Administrasiyasından deyiblər.

Tərəflər regional təhlükəsizlik məsələsinə də toxunublar.

G.Marqvelaşvili və Z.Həsənov regionun enerji nəqli infrastruktrunun təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi bölmələrinin birgə təlimlərinin planlaşdırılması və keçirilməsi məsələlərini müzakirə ediblər.

Qeyd edilib ki, müxtəlif sahələrdə üçtərəfli əməkdaşlıq mövzusu Tbilisidə üç ölkənin iştirakı ilə keçirilmiş forumda müzakirə olunub.

Görüş Tbilisidə Prezident sarayında baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti