...

Aİ Azərbaycanın ÜTT-yə üzv olmaq istiqamətində atdığı addımları müsbət dəyərləndirir

Siyasət Materials 31 May 2014 13:38 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istiqamətində atdığı addımları müsbət dəyərləndirir.
Aİ Azərbaycanın ÜTT-yə üzv olmaq istiqamətində atdığı addımları müsbət dəyərləndirir

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqı (Aİ) Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istiqamətində atdığı addımları müsbət dəyərləndirir. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Malena Mard ÜTT ilə Azərbaycan arasında iyunda keçiriləcək növbəti görüşə münasibət bildirərkən deyib.

M.Mard qeyd edib ki, Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı görüşlər müntəzəm olaraq keçirilir: "Mən çox şadam ki, son dövrlər bu cür görüşlər daha çox keçirilir. Çünki Avropa İttifaqı Azərbaycanın ÜTT-yə daxil olmaq istəyini alqışlayır".

Aİ səfiri əlavə edib ki, Azərbaycanın ÜTT-yə qoşulması ticarət və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradacaq: "Həmçinin, bildiyiniz kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və Azərbaycanın ÜTT-yə daxil olmaq istiqamətində atdığı addımlar çox müsbətdir. Biz bilirik ki, bu, mürəkkəb və vaxt aparan bir prosesdir. Çox yaxşı haldır ki, iyunun sonunda növbəti görüş baş tutacaq, eyni zamanda, biz dialoqda intensivləşməni müşahidə edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti