Azərbaycan, Bakı, 23 iyun /Trend/
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Krımdan Aİ-yə malların idxalına qadağa qoyulması barədə razılığa gəliblər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Litvanın xarici işlər naziri Linas Linkyaviçyus deyib.
O, qeyd edib: "Biz prinsipial mövqe nümayiş etdirdik. Aİ-nin Krımın Rusiyaya birləşməsinin qəbul edilməməsi üzrə siyasəti çərçivəsində digər tədbirlər də görüləcək".