...

"NİDA" Vətəndaş Hərəkatının daha bir üzvü ölkə Prezidentinə müraciət etdi (FOTO)

Siyasət Materials 10 İyul 2014 11:31 (UTC +04:00)
“NİDA” Vətəndaş Hərəkatının daha bir üzvü ölkə prezidentinə müraciət ünvanlayıb.
"NİDA" Vətəndaş Hərəkatının daha bir üzvü ölkə Prezidentinə müraciət etdi (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

"NİDA" Vətəndaş Hərəkatının daha bir üzvü ölkə Prezidentinə müraciət ünvanlayıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətinin tabeliyindəki Bakı İstintaq təcridxanasında saxlanılan saxlanılan məhkum Şahin Novruzlunun cəzaçəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

"Möhtərəm cənab Prezident, mən Novruzlu Şahin İbrahim oğlu 1995-ci il 16 sentyabr tarixində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmiş və Odlar Yurdu universitetinin maliyyə-kredit fakultəsində davam etmişəm. Ötən bir il ərzində keşdiyim qısa gənc həyatıma nəzər salmağa imkanlarım çox olmuşdur. Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edir, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsirlərinə söykənərək məni əfv etmənizi rica edirəm.

Qeyd etmək istəyirəm ki, indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü olmayacağam.

Möhtərəm cənab Prezident, şəxsim adına söz verirəm ki, həyatımı dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam".

Xatırladaq ki, "Nida"nın 7 üzvü həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində onlar barədə Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və "Nida" üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

Qeyd edək ki, indiyə qədər "Nida" Vətəndaş Hərəkatının daha iki üzvü - Bəxtiyar Quliyev və Elsevər Mürsəliyev prezident İlham Əliyevə müraciət ediblər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti