...

İlham Əliyev Həmid Kərzaini təbrik edib

Siyasət Materials 18 Avqust 2014 18:39
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Həmid Kərzaini təbrik edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əfqanıstan İslam Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti