...

Bakıda Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü keçirilir (FOTO)

Siyasət Materials 9 Sentyabr 2014 10:24 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşü öz işinə başlayıb.
Bakıda Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü keçirilir (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Çərşənbə axşamı Bakıda Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşü öz işinə başlayıb.

Qeyri-rəsmi görüşün əsas məqsədi "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi və Vilnüsdə ötən il keçirilən zirvə toplantısından sonra əldə olunan irəliləyişlərin müzakirəsidir.

Görüşün yekunları ilə bağlı mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle və Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt, Gürcüstan, Moldovanın XİN rəhbərləri, Belarus və Ukraynanın xarici işlər nazirləri müavinlərinin iştirak etdiyi görüşdə Ermənistan təmsil olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti