Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/
"Şərq tərəfdaşlığı" ölkələrinin suverenliyi, ərazi bötüvlüyü və müstəqilliyi bizim üçün vacibdir". Trend xəbər verir ki, bunu Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Bakıda Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Ş.Füle bildirib ki, Aİ bu ölkələrlə tərəfdaşlığı gücləndirmək niyyətindədir. Onun sözlərinə görə, diferensiasiyanın önəmi getdikcə artacaq: "İnklüzivlik "Şərq tərəfdaşlığın" çox önəmli hissəsidir. Hər altı ölkənin suverenliyi, ərazi bötüvlüyü və müstəqilliyi bizim üçün vacibdir".
Onun sözlərinə görə, korrupsiya ilə mübarizə, ədliyyə sistemi, vətəndaş cəmiyyətinin rolu mühüm məsələlərdir: "Vətəndaş cəmiyyətinə hörmətlə yanaşamalıyıq. Onların iştirakı bizim üçün vacibdir".