...

İlham Əliyev Pakistan və Hindistan prezidentlərinə başsağlığı verib

Siyasət Materials 11 Sentyabr 2014 19:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.
İlham Əliyev Pakistan və Hindistan prezidentlərinə başsağlığı verib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Başsağlığında qeyd olunur: "Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Dövlət başçısı Hindistan Prezidenti Pranab Mukherciyə də başsağlığı verib: "Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti