...

Azərbaycanda Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən qurum sahibkarları yoxlaya bilməyəcək

Siyasət Materials 19 Sentyabr 2014 13:19 (UTC +04:00)
Bundan sonra Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən heç bir təşkilat hər hansı bir sahibkarın, iş adamının fəaliyyətini yoxlaya bilməyəcək.
Azərbaycanda Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən qurum sahibkarları yoxlaya bilməyəcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bundan sonra Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən heç bir təşkilat hər hansı bir sahibkarın, iş adamının fəaliyyətini yoxlaya bilməyəcək. Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov komitənin bu gün keçirilən iclasında bildirib.

Millət vəkili qeyd edib ki, belə bir məqam "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun qəbulundan irəli gələrək xeyli sayda qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb: "Həmin dəyişikliyə əsasən, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən heç bir qurum, heç bir təşkilat bundan sonra sahibkarları, iş adamlarını yoxlaya bilməyəcək. Yoxlama aparmaq üçün onlar mütləq Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli olacaqlar. Bu, olduqca müsbət və əhəmiyyətli addımdır".

Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun qəbulu ilə bağlı "Sahibkarlıq fəaliyyəti haqqında", "Qiymətli kağızlar haqqında", "İnvestisiya fondları haqqında" və sair qanunlara dəyişikliyin ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti