...

Türkiyə prezidenti Qurban bayramı ilə əlaqədar eks-prezidenti ziyarət edib

Siyasət Materials 4 Oktyabr 2014 21:53 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı ilə əlaqədar eks-prezident Abdullah Gülü ziyarət edib.
Türkiyə prezidenti Qurban bayramı ilə əlaqədar eks-prezidenti ziyarət edib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı ilə əlaqədar eks-prezident Abdullah Gülü ziyarət edib. Trend Anadolu agentliyinə istinadən bu barədə məlumat verir.

Səfər Türkiyə vaxtı ilə saat 16:30 radələrində başlayıb və təxminən saat yarım davam edib.

Prezidentin səfərindən sonra onun rəsmi avtomobilin yolunu bir qrup uşaq kəsdi. Ərdoğan, maşından çıxaraq, onlarla zarafatlaşıb və bayram münasibətilə uşaqları təbrik edərək, onlara bayramla əlaqədar pul verib.

Prezident həmçinin mətbuat nümayəndələrini də bayram münasibətilə təbrik edib və onların sualına "Türkiyənin baş naziri Davudoğlu ilə görüşəcəksinizmi?", cavab verdi ki,onunla görüş nəzərdə tutulub və onu qəbul etməyə hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti