...

Azərbaycan hərbçiləri ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icazə almalı olacaqlar

Siyasət Materials 9 Oktyabr 2014 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan hərbi qulluqçuları ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icazə almalı olacaqlar.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanununa dəyişikliklər edilməsi təklif olunur.

Qanunun 23-cü maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahli birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.

Qanun layihəsi Milli Məclisin oktyabrın 17-də keçiriləcək növbəti iclasında müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti