Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks Azərbaycana səfərə gəlir. Bu barədə Trend Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, komissarın səfəri oktyabrın 22-24-nə nəzərdə tutulub.
Qeyd edək ki, Nils Muiznieks Azərbaycanda İnsan Haqqları və Fundamental azadlıqlara dair Avropa Konvensiyasının tətbiqi mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
Oktyabrın 23-24-də keçiriləcək beynəlxalq konfransda Venesiya Komissiyasının vitse-prezidenti Herdis Torqeyrsdottir də iştirak edəcək.