Azərbaycan, Bakı, 4 noyabr /Trend/
Trend-in Rus xəbərlər xidmətinin rəhbəri Seymur Əliyev
Regionun siyasi və iqtisadi arenasında daha nəzərəçarpan oyunçuya çevrilmiş Azərbaycan son zamanlar getdikcə müxtəlif qüvvələrin diqqətini daha çox cəlb edir.
Qonşu ölkələrə yatırılan investisiyalar, ölkədə keçirilən vacib siyasi tədbirlər, mədəniyyət sahəsindəki hadisələr Azərbaycanı o qədər tanıtdırdı ki, bu gün bəzi bir-birinə qarşı olan tərəflər onun adını arqument qismində istifadə edirlər.
Son iki gün ərzində Avropa KİV-ləri bir-biri ilə heç bir əlaqəsi olmayan məlumat dərc etdi, həmin məlumatlarda Azərbaycanın adı arqument qismində istifadə olundu.
Birinci məlumat Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla bağlıdır. T.Yaqland Böyük Britaniyanın ədliyyə naziri Kris Qreylinqin ölkənin Strasburqda İnsan Haqları üzrə Avropa Məhkəməsinin tərkibindən çıxmaq niyyəti haqqında bəyanatına cavab verərkən arqument qismində Azərbaycanı göstərib.
Hazırda Azərbaycan Avropa və dünyada siyasi proseslərin o qədər ciddi iştirakçısına çevrilib ki, Avropa Şurası Böyük Britaniyanı Avropa Məhkəməsini tərk etməməyə inandırmaq üçün Azərbaycanın adını istifadə edir. Etirafa görə təşəkkürlər, cənablar!
Görünür ki, 2019-cu ildən sonra Avropa siyasətçilərinə xüsusilə çətin olacaq. Azərbaycanın belə tanınmaq istənməməsi onları yemək hazırlayarkən kimin qazından istifadə edilməsi ilə maraqlandırmağa məcbur edəcək. Yoxsa yox...
İkinci məlumatı Yunanıstan KİV-ləri yaymışdı. Onların məlumatına görə, Azərbaycan Türkiyə ilə razılaşmaya əsasən Aralıq dənizində karbohidrogenlərin kəşfiyyatını aparacaq. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İsrail şelfində üzən qazma qurğusunun cəlb edilməsi ilə kəşfiyyat işləri üzrə təcrübəsi nəzərə alınsa, hadisələrin belə gedişatını əlbəttə ki, istisna etmək olmaz, əgər bir əmma olmasaydı. ARDNŞ-nin dənizdə karbohidrogenlərin kəşfiyyatı üzrə Türkiyə ilə heç bir sazişi yoxdur.
Azərbaycan əsrlər boyunca dünyada neft-qaz hasil edən ölkə kimi tanınb. Ötən əsrin sonu - cari əsrin əvvəlində karbohidrogenlərin hasilatı və nəqli sahəsində iri neft-qaz layihələrinin birinin reallaşdırılması nəticəsində ölkənin bu sahədə şöhrəti yalnız artır.
Buna görə də Yunanıstan KİV-lərinin Azərbaycanı Türkiyə və Yunanıstanın siyasi problemlərinə cəlb etmək qərarına gəlməsi təəccüblü deyil. Azərbaycanın neft-qaz sahəsində nüfuzu, ARDNŞ-nin Türkiyədə iri neft-qaz layihələri bu məlumatın "çəki"sini artırmalı idi.
Yeri gəlmişkən, məhz Yunanıstan Avropanın ilk ölkələrindən biri qismində Azərbaycan qazını almaq niyyətindədir. Eyni zamanda, unutmaq olmaz ki, məhz ARDNŞ Yunanıstanın ciddi problemləri olan qazpaylayıcı şəbəkəsinə vəsait qoymaq niyyətindədir.
Əlbəttə ki, bu, son günlərin yalnız iki nümunəsidir. Bu, əvvəllər də belə olub. Lakin Azərbaycanın inkişafı, onun beynəlxalq arenada rolunun artması ilə ölkə ətrafında ajiotajın da artmasını gözləmək lazımdır. Necə deyərlər, şöhrətin qiyməti belədir. Hazırda sabitlik dünyada inkişafın təməl amillərindən birinə çevrilib və bu, çoxlarını narahat edir...