...

Tahir Rzayev: Bir-iki müxalifət nümayəndəsinin nəsə deməsi Azərbaycanın xarici siyasətinə kölgə sala bilməz

Siyasət Materials 28 Noyabr 2014 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Bir-iki müxalifət nümayəndəsinin nəsə deməsi Azərbaycanın xarici siyasətinə kölgə sala bilməz". Bunu Trend-ə millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan öz xarici siyasətində böyük uğurlar əldə edib: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib və digər mötəbər beynəlxalq təşkilatlarda təmsil olunur. Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən xarici siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir".

Onun sözlərinə görə, dünyanın əksər ölkələri Azərbaycanın xarici siyasətinin uğurla aparıldığını birmənalı şəkildə qəbul edirlər: "Müxalifətçilər 1993-cü ilə diqqət yetirsinlər. O zaman Azərbaycanın ümumiyyətlə xarici siyasəti yox idi. Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının hakimiyyəti dövründə Azərbaycanın xarici siyasəti yox idi. Bütün qonşularımızla münasibətlərimiz korlanmışdı. Yeganə münasibət qurduğumuz ölkə Türkiyə idi, orada da müəyyən nöqsanlar var idi. Nə Rusiya, nə İran, nə Asiya ölkələri, nə də Avropa ölkələri ilə normal münasibət var idi".

T.Rzayev əlavə edib ki, o dövrdə heç xarici siyasətin müəyyən bir istiqaməti də yox idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti