...

Cəbhə bölgəsindəki hərbi hissələrin hazırlığı yoxlanılır

Siyasət Materials 3 Dekabr 2014 12:16 (UTC +04:00)
Cəbhə bölgəsindəki qoşunların qış tədris dövrünə hazırlığı yoxlanılır.
Cəbhə bölgəsindəki hərbi hissələrin hazırlığı yoxlanılır

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İlkin İzzət/

Cəbhə bölgəsindəki qoşunların qış tədris dövrünə hazırlığı yoxlanılır.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığı yoxlanılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Yeni tədris ilinə hazırlıq məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində bütün birlik, birləşmə və hərbi hissələrin döyüş qabiliyyəti, maddi-texniki-tədris bazasının vəziyyəti və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji durumu, nizam-intizamı və sosial şəraiti yoxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti