Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinə dair dəyərli elmi əsər

Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinə dair dəyərli elmi əsər

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə özündə müstəqil dövlət maraqlarını və beynəlxalq dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları əks etdirən - şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyinin əsas vəzifələrini, istiqamətlərini və prioritetlərini ehtiva edən yeni milli inkişaf və təhlükəsizlik siyasəti formalaşdırıldı, sonrakı dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və həyata keçirilməyə başlandı.

Azərbaycanın milli inkişaf və təhlükəsizliyinin təmin olunmasında və bu sahə üzrə dövlət siyasətinin müəyyənləşməsində vahid milli ideyanın - azərbaycançılığın formalaşdırılması və rəsmi dövlət siyasəti səviyyəsinə qaldırılması mühüm əhəmiyyətə malik olub. Xüsusən dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi, ölkədə milli mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı, dünya azərbaycanlılarının müstəqil dövlətçilik amalı ətrafında birləşdirilməsi və s. sahələrdə bu ideya ötən müddət ərzində əvəzsiz rol oynayıb.

Son on il ərzində Azərbaycan xalqı və dövləti sürətli inkişaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm amillərdən biri olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin enerji resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə sərf etməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. 2003-2013-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olub. Son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahələrdə böyük uğurlara imza atıb. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai siyasi-məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun bu yaxınlarda rus dilində nəşr olunmuş "Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti" adlı elmi əsəri bu problemin tədqiq olunması sahəsində yeni bir istiqamət açaraq dövlət siyasətinin elmi əsaslarının sistemli şəkildə öyrənilməsinin təməlini qoyub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədovun elmi təhlilində Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti sistemli şəkildə araşdırılan və mühüm əhəmiyyət kəsb edən bu əsərin önəmindən bəhs olunur. AzərTAc həmin yazını təqdim edir. Professor Əli Həsənovun dərin təhlilə əsaslanan sanballı əsəri müstəqilliyimiz dövründə Azərbaycanın həm milli inkişaf, həm də təhlükəsizlik siyasətinin öyrənilməsi baxımından çox dəyərli bir tədqiqat işidir. Bu baxımdan əsər çox mühüm elmi-siyasi, eləcə də praktik əhəmiyyət kəsb edir.

Müəllif Azərbaycan milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları, məqsəd və vəzifələri, həyata keçirilmə mexanizmləri və istiqamətləri ilə bağlı geniş elmi təhlil aparır, ölkəmizin həyatının bütün sahələrində - iqtisadi, hərbi, sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya və s. həyata keçirilən təhlükəsizlik siyasətini kompleks şəkildə tədqiq edir, dövlətimizin milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində fəaliyyətini araşdırır.

Əsərdə müasir dövrdə qloballaşmanın, eləcə də regionda gedən transmilli geosiyasi proseslərin tələbləri və çağırışları fonunda ölkənin hərbi-geostrateji, siyasi, iqtisadi, enerji, de­moq­ra­fik, ekoloji, informasiya və digər həyati əhəmiyyətli sahələrində müşahidə olunan proseslər araşdırılır, bütün bu sahələrdə yürüdülən təhlükəsizlik siyasətinin səviyyəsi, effektivliyi tədqiq olunur və qiymətləndirilir, gələcəkdə daha çevik təhlükəsizlik siyasəti yürüdülməsinin zəruriliyi əsaslandırılır.

Professor Əli Həsənov əsərində qeyd edir ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. Bu illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib, ölkə dünya birliyinə inteqrasiya edib. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, fəal surətdə iştirak edib. Səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət daşıyıb. Həmin illərdə çox ciddi islahatlar aparılıb, bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil edib, Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət alıb. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib, siyasi sistem möhkəmləndirilib və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılıb. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirib, o dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.

Müəllif əsərə Azərbaycanın milli inkişaf strategiyasının mahiyyətinin açılması, səciyyəvi cəhətlərinin, əsas vəzifələrinin, hədəflərinin təhlili ilə başlayır, milli inkişafın formalaşmasını və əsas mərhələlərini izah edir. Əsərdə Azərbaycanın milli maraqlarının meyarları təhlil edilərək bilavasitə milli təhlükəsizlik siyasəti ilə əlaqələndirilir, milli təhlükəsizlik siyasətinin əsas vəzifələri və mexanizmləri, hərbi və sərhəd təhlükəsizliyi, iqtisadi inkişaf, insan ehtiyatlarının idarə edilməsi və maliyyə təhlükəsizliyi siyasəti, enerji, ərzaq, nəqliyyat, tranzit-dəhliz və infrastruktur təhlükəsizliyi, informasiya və ekoloji təhlükəsizlik siyasətinin mahiyyəti elmi-nəzəri cəhətdən araşdırılır.

Bütün bu məsələləri özündə əks etdirən "Azərbaycanın milli inkişaf siyasəti, geosiyasi kodu və beynəlxalq təhlükəsizlik sahəsində xarici siyasət strategiyası" adlı fəsildə ölkəmizin milli strategiyasının və inkişaf siyasətinin əsas vəzifələri göstərilir. Eyni zamanda, Azərbaycanın milli inkişaf və təhlükəsizliklə bağlı xarici siyasətinin əsas prinsipləri, vəzifələri, prioritetləri, resursları və istiqamətləri göstərilir.

Bundan əlavə, əsərdə Azərbaycanın geosiyasi kodunun müəyyənləşdirilməsi, respublikamızın region dövlətləri və dünyanın aparıcı ölkələrinə münasibətdə siyasətinin əhəmiyyəti, geosiyasi əlaqələri ilə bağlı fəaliyyət proqramının hazırlanması üçün qarşıda duran vəzifələr araşdırılır. Ölkəmizin geosiyasi üstünlük əldə etməsində geosiyasi kodun və fəaliyyət kodunun yeri və rolu göstərilir.

Müəllifin sistemli olaraq milli təhlükəsizlik siyasətinin məqsədlərini, təhlükəsizlik mühitinin formalaşması və beynəlxalq imicin qazanılmasını, məkan əlamətləri, milli təhlükəsizliyə olan təhdidləri, daxili və xarici təhdidləri müəyyənləşdirməsi, milli təhlükəsizliyin təmin olunmasının əsas vasitələri və ehtiyatlarını təhlil etməsi və gəldiyi nəticələr uğurludur.

Bundan əlavə, müəllif əsərdə Cənubi Qafqazın geosiyasətinə diqqət yetirməklə yanaşı, transmilli dünya güclərinin və region dövlətlərinin Xəzər-Qara dəniz hövzəsindəki geoiqtisadi maraqlarını və transmilli siyasətini açıb göstərir. Əsər Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması marşrutları və onun geosiyasi nəticələrinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Monoqrafiyada dünya siyasətinin geoiqtisadi ölçüsü nəzərdən keçirilir, eləcə də Azərbaycanın neft diplomatiyası assimmetrik müzakirələrdə uğur strategiyası kimi qiymətləndirilir.

Əsərdə müasir beynəlxalq münasibətlər sisteminin xüsusiyyətləri ilə yanaşı, Azərbaycan Respublikasının müasir dünya siyasətində iştirakı məsələləri tədqiq edilir. Müəllif, eyni zamanda, beynəlxalq təhlükəsizlik sistemində, o cümlədən enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Respublikasının yeri və rolunu araşdırır. Qeyd edilir ki, bu siyasətin nəticəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin həyata keçirilməsi və təhlükəsizliyinin təmin edilməsi mümkün olub.

Professor Əli Həsənovun əsərində, eyni zamanda, beynəlxalq təhlükəsizlik sahəsində Azərbaycanın xarici siyasət strategiyası tədqiq edilir. Bununla yanaşı, əsərdə NATO və Avropa İttifaqının Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda regional təhlükəsizlik siyasəti və Azərbaycanın hərbi-geostrateji maraqları araşdırılır. NATO-nun Cənubi Qafqazda qüvvələr balansında yeni keyfiyyət dəyişikliyi yaratması, eləcə də bu təşkilatın Cənubi Qafqazda siyasəti və onun region ölkələri ilə münasibətləri geniş təhlil edilir.

Avratlantik məkana inteqrasiyanın əhəmiyyətinin öyrənilməsi baxımından dəyərli olan bu əsərdə Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı kimi ölkəmizin qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu diqqətə çatdırılır. Əsərdə beynəlxalq münasibətlərin əsas güc mərkəzləri, o cümlədən beynəlxalq və regional təşkilatların müasir dünya siyasətində yeri və rolu təhlil edilir. Eyni zamanda, Azərbaycan Respublikasının xarici siyasət strategiyası tədqiq edilərək, ölkəmizin milli maraqları və xarici siyasətinin əsas istiqamətlərindən biri olan beynəlxalq təşkilatlarla əməkdaşlığı araşdırılır.

Müəllif qeyd edir ki, müasir dövrdə Xəzər-Qara dəniz hövzəsi, xüsusən də Cənubi Qafqaz yer kürəsinin ən qeyri-sabit, münaqişəli, lakin, eyni zamanda, ən mühüm beynəlxalq əhəmiyyətli geosiyasi məkanı hesab olunmaqla yanaşı, burada dünya ölkələrinin geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqları, müxtəlif sivilizasiyalar, dini konfessiyalar, mədəniyyətlər və etnik mənafelər uzlaşır, üz-üzə gəlir və toqquşur.

Bununla yanaşı, əsərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizlik mühiti öyrənilir, Azərbaycanın beynəlxalq və regional maraqları geniş təhlil edilir. Dünya siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayan Rusiya və ABŞ-ın regional təhlükəsizliyə təsiri və Cənubi Qafqazda yürütdükləri siyasət, eləcə də Azərbaycanın hərbi geostrateji maraqları ayrıca araşdırılır.

Monoqrafiyada regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın apardığı regional təhlükəsizlik siyasəti, eləcə də Türkiyə, İranın ayrı-ayrılıqda regiona yanaşması məsələləri tədqiq olunur. Eyni zamanda, Cənubi Qafqazda hərbi- geostrateji bloklaşma meyilləri təhlil edilir və bununla bağlı proqnozlar irəli sürülür.

Əsərdə Rusiyanın regional təhlükəsizlik siyasəti və Azərbaycanın təhlükəsizlik maraqları, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Azərbaycanın hərbi-geostrateji maraqları, ABŞ, NATO və Avropa İttifaqının Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda regional təhlükəsizlik siyasəti və Azərbaycanın hərbi-geostrateji maraqları, Rusiyanın ABŞ, NATO və Avropa İttifaqı ilə münasibətlərinin Cənubi Qafqazın və Azərbaycanın geosiyasi mövqelərinə və regional təhlükəsizliyə təsiri, Türkiyə və İranın region siyasətinin mahiyyəti və onun Azərbaycanın təhlükəsizlik maraqlarına təsiri, Azərbaycanın regional təhlükəsizlik siyasəti məharətlə araşdırılır.

Bundan əlavə, elmi əsərdə ümumiləşmələr əsasında qeyd edilir ki, region ölkələrinin öz aralarında mövcud olan bir çox geosiyasi, geoiqtisadi və hərbi-geostrateji ziddiyyətlər də daxil olmaqla, transmilli dünyanı neçə illərdir təhdid edən münaqişələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya problemləri, Rusiyanın Şimali Qafqaz əyalətlərindəki silahlı qarşıdurmalar, Moldovanın Dnestryanı bölgəsindəki separatçılıq hərəkatı və s. regiondakı vəziyyəti gərginləşdirməkdə davam edir. Əsərdə beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinə dair mövqeyinə diqqət yetirilir, bu istiqamətdə Azərbaycanın diplomatik fəaliyyəti öyrənilir.

Cənubi Qafqazın hərbi-siyasi problemləri və Azərbaycanın təhlükəsizlik siyasəti geniş təhlil edilir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun əsas təhlükəsizlik predmeti kimi göstərilir. Müəllif haqlı olaraq qeyd edir ki, ölkəmizin əsas təhlükəsizlik problemi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazisinin bir hissəsinin işğalı və bu işğalın ağır sosial-iqtisadi nəticələridir.

Monoqrafiyada Ermənistanın Azərbaycana qarşı təcavüzünün araşdırılmasına Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri təhlil edilməklə başlanılır. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və sovet rəhbərliyinin ermənipərəst Qafqaz siyasəti, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və münaqişənin BMT Təhlükəsizlik Şurasında müzakirəsi, ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti, digər beynəlxalq təşkilatların münaqişəyə dair mövqeləri və qəbul etdikləri sənədlər, Azərbaycanın diplomatik fəaliyyəti də geniş təhlil edilir.

Beynəlxalq münasibətlər sahəsində çoxsaylı əsərləri olan professor Əli Həsənovun Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda nəşr edilmiş elmi-siyasi əsərləri sırasında dərin təhlilə əsaslanan və müasir dövrdə böyük aktuallıq kəsb edən "Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti" adlı əsəri bu problemin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, alimin elmi-nəzəri və sistemli ümumiləşdirilmələri baxımından da Azərbaycan siyasi elminin böyük nailiyyətidir.

Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
Loading Bars
Xəbər lenti
Ötən sutka Moskvada koronavirusdan 73 nəfər ölüb
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı başa çatıb (FOTO)
Türkiyədə əhalinin COVİD-19-a qarşı vaksinasiya ediləcəyi tarix müəyyənləşib
Britaniyada sutka ərzində 16 mindən artıq koronavirusa yoluxma qeydə alınıb
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri dekabrın 3-ü açıqlanacaq
Çilidə güclü zəlzələ baş verib
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Firdovsi Umudov iki gözünü itirən qazini ziyarət etdi (VİDEO)
Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edirlər (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 414 mini keçib
Hazırkı vəziyyət onu deməyə əsas verir ki, karantin qaydaları sərtləşdirilməlidir - Mütəxəssis
Xəzər dənizində zəlzələ oldu
Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək
Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib
Azərbaycanın qeyri-dövlət sektoru üzrə ixracında “SOCAR Polymer” liderlik edir
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması qaydası təsdiqləndi
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi” arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi dayandırılıb
Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
"Təmiz şəhər" ASC 285 min manata yaxın məbləğdə müqavilə imzalayıb
17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - İqtisadiyyat Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO)
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb (FOTO/VİDEO)
Azərbaycanda əlilliyi olan şəxslər sosial müdafiə, reabilitasiya, məşğulluq tədbirləri ilə əhatə olunublar
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı
Braziliya Federal Senatının birinci vitse-prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Kazanda 6-cı İƏT Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
Poltava universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib (FOTO)
Tibbi maskadan istifadə etməyən 747 sərnişin cərimələnib (FOTO)
Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
“AzerGold” Azərbaycanın dövlət sektoru üzrə ixracında liderlər sırasında yer alıb
Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi (VİDEO)
Dekabrın 3-də manatın dollara qarşı məzənnəsi
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə
Azərbaycanla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir - Hulusi Akar
44 günlük müharibədə Ermənistanın 30 ildir qurduğu ordusu darmadağın edildi - Hərbi ekspert
"Azərişıq" ASC-nin 5 əməkdaşı Vətən Müharibəsində şəhid olub, 17 nəfər yaralanıb
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
Azərbaycanda uşaq müdafiə mexanizmi təkmilləşdiriləcək - Dövlət Komitəsi
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Deputat Naqif Həmzəyev seçicilərin qayğıları ilə tanış olub (FOTO)
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb
Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)
Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir (FOTO)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar
Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından 205 milyon dollar gəlir əldə edilib
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Gəncədə yaralı hərbçilər ziyarət edilib
Bütün xəbərlər