...

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi İrana səfər edəcək

Siyasət Materials 28 Yanvar 2015 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev fevralın ikinci yarısında İrana səfər edəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, ötən gün İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşüb və görüş zamanı İran Sərhəd Xidmətinin rəhbəri Qasim Rzayinin dəvətnaməsini ona təqdim edib.

E.Quliyev dəvətnaməni aldıqdan sonra bildirib: "Ümid edirəm fevral ayının ikinci yarısına kimi Tehrana səfər edə biləcəyəm".

DSX rəhbəri Azərbaycan və İran sərhədlərinin dostluq və qardaşlıq simvolu olduğunu vurğulayıb və deyib ki, iki tərəfin dostluq münasibətinə görə iki ölkənin sərhədlərində sülh və təhlükəsizliyin tam təmin olunması sevindiric haldır.

Görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin E.Quliyevin İrana səfərinin iki ölkənin sərhədlərində təhlükəsizliyin güclənməsinə, insan və narkotik qaçaqmalçılığı kimi problemlərlə mübarizənin artmasına zəmin yaradacağını bildirib.

İranlı diplomat iki ölkə sərhədçilərinin mütəşəkkil cinayətkarlıq, narkotiklərin tranziti ilə mübarizə və müştərək təlim kurslarının təşkili ilə təcrübə mübadiləsi aparmasının zəruriliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti