...

Novruz Məmmədov: İran və Azərbaycan arasında üçüncü tərəf ola bilməz

Siyasət Materials 4 Fevral 2015 16:03 (UTC +04:00)
İran və Azərbaycan qonşudurlar və bu iki ölkə arasında üçüncü tərəf ola bilməz.
Novruz Məmmədov: İran və Azərbaycan arasında üçüncü tərəf ola bilməz

Azərbaycan, Bakı, 4 fevral /Trend/

İran və Azərbaycan qonşudurlar və bu iki ölkə arasında üçüncü tərəf ola bilməz. Trend-in məlumatına görə, bunu Lenta.ru-ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan digər ölkələrlə qarşılıqlı münasibətlərdə öhdəliklərinə məsuliyyətlə yanaşır və İranla əlaqələr istisna təşkil etmir.

PA rəsmisi bildirib: "Biz İranla bütün səviyyələrdə tərəfdaşlığı genişləndirməyə hazırıq. 2014-cü ildə Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri baş tutub. Münasibətlərin bütün spektri müzakirə olunub, nəqliyyat, ticarət, mədəniyyət sahələrini əhatə edən əməkdaşlığın yeni istiqamətləri nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti